Icma.az
close
up
RU
“Cermuk” yerinə “İstisu?” Azərbaycan üçün mühüm fürsət yarandı

“Cermuk” yerinə “İstisu?” Azərbaycan üçün mühüm fürsət yarandı

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya bazarında Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlər fonunda Azərbaycan istehsalçıları üçün müəyyən əlavə ixrac imkanları yarana bilər. Xüsusilə kənd təsərrüfatı sektorunda ixrac imkanları daha genişdir”.

Bu sözləri “Yeni Sabah”a Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin üzvü Aslan Əzimzadə deyib.

Onun sözlərinə görə, Rusiya bazarında yaranmış əlavə tələbatın müəyyən hissəsinin yerli istehsal hesabına qarşılanması mümkündür: Toyuqlu pizza

“Meyvə və tərəvəz sektorunda ölkəmizin mövcud istehsal potensialı və Rusiyaya formalaşmış ixrac kanalları bu baxımdan mühüm üstünlüklər yaradır. Azərbaycan artıq uzun illərdir ki, Rusiya bazarına bir sıra kənd təsərrüfatı məhsulları ixrac edir. Buna görə də Rusiya bazarında yaranmış əlavə tələbatın müəyyən hissəsinin yerli istehsal hesabına qarşılanması mümkündür. Lakin burada əsas məsələ yalnız istehsal imkanları deyil, həm də məhsulların mövsümiliyi, logistika imkanları və bazarın tələb etdiyi həcmlərin təmin olunmasıdır”.

İqtisadçı əlavə edib ki, Azərbaycanın mineral su brendlərinin Rusiya bazarında öz paylarını artırmaq fürsəti yaranıb:

“Mineral su bazarına gəldikdə isə Azərbaycanın “İstisu” kimi tanınmış brendləri mövcuddur. Bu məhsullar keyfiyyət xüsusiyyətləri baxımından rəqabət qabiliyyətinə malikdir. Bununla belə, hər bir brendin özünün bazarda öz istehlakçı auditoriyası və formalaşmış mövqeyi olduğundan, bir məhsulun digərini tam şəkildə əvəz etməsindən daha çox yaranan bazar imkanlarından istifadə edərək, öz payını artırmasını qeyd etmək olar”.

Aslan Əzimzadə qeyd edib ki, Moskva və İrəvan arasında yaşanan siyasi-iqtisadi gərginlik ölkəmiz üçün yeni imkanlar formalaşdırır:

“Ümumilikdə yaranmış vəziyyət Azərbaycan üçün yeni ixrac imkanları formalaşdıra bilər. Əsas məsələ bu imkanlardan səmərəli istifadə etmək, istehsal və logistika imkanlarını bazarın tələblərinə uyğunlaşdırmaq, həm də məhsulların rəqabət qabiliyyətini daha da artırmaqdır”.

Qeyd edək ki, Rusiya iyunun 3-dən Ermənistandan kartof, badımcan, quru və tumlu meyvələrin idxalını məhdudlaşdırır. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb. Bu məhsulların digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də qadağan olunub. Bundan öncə Rusiya Ermənistandan pomidor, bibər, çiyələk, gül, bir neçə adda konyak, şərab, həmçinin "Cermuk" mineral suyu və balıq idxalını və satışını qadağan edib.

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, ölkəsi Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz edəcək. Titov qeyd edib ki, kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiyaya Ermənistandan xeyli çox məhsul tədarük etmək iqtidarındadır.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see228

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see199

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see199

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see191

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see185

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see184

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see183

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see180

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see180

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see179

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see178

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see174

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see174

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see171

Oman sahillərində Hindistan gəmisi batıb

14 İyun 2026 19:22see165

Zelenski Trampla görüşəcək

14 İyun 2026 22:48see165

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 20:03see162

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see160

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see159

10 saniyədə ən dadlı qarpızı tapmağın üsulu

14 İyun 2026 22:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri