Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkı ziyarət edib. Nümayəndə heyəti parkda ucaldılmış akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa edilərək yenidən istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına lisey və şəhər poliklinikası ilə tanışlıq olub.
XİN-in məlumatına görə, müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpen şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi dəstəyin mühüm nümunələrindəndir.
Səfər çərçivəsində Azərbaycan hökumətinin dəstəyi ilə İrpendə həyata keçirilməsi planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə də tanışlıq olub.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Avqust 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















