Coğrafiyaşünas alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev bildirib. Onun sözlərinə görə, uzunmüddətli və güclü yağışlar torpaq qatının həddindən artıq nəmlənməsinə, çay vadilərində eroziya proseslərinin sürətlənməsinə və geoloji dayanıqsızlığın artmasına səbəb olub. Nəticədə müxtəlif bölgələrdə sürüşmə riskləri artıb. Ən mürəkkəb vəziyyət Talış dağ sistemində müşahidə olunur. Xüsusilə Lerik, Yardımlı, Masallı və Lənkəran rayonlarında baş verən sürüşmə hadisələri intensiv yağıntılarla birbaşa əlaqələndirilir.
N.Paşayev qeyd edib ki, Lerik rayonunun bir sıra dağ kəndlərində torpaq qatının yumşalması nəticəsində kənddaxili yolların bəzi hissələri yararsız vəziyyətə düşüb. Eyni zamanda, yamaclarda yerləşən yaşayış məntəqələrində fərdi evlərin fundamentlərində çatlar və çökmə əlamətləri müşahidə edilib. Lənkəran-Lerik avtomobil yolunun bəzi hissələrində torpaq sürüşmələri səbəbindən nəqliyyatın hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılıb. Aidiyyəti qurumlar tərəfindən ərazilərdə monitorinqlər aparılıb və təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülüb. Bu bölgədə hökm sürən subtropik iqlim şəraiti, yüksək yağıntı rejimi və mürəkkəb relyef sürüşmə proseslərinin aktivləşməsini şərtləndirən əsas amillərdir. Bu səbəbdən region Azərbaycanın sürüşmə baxımından ən həssas və riskli ərazilərindən biri olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 İyun 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















