Icma.az
close
up
RU
Çolpon Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri rəsmi görüşü keçirilib YENİLƏNİB VİDEO

Çolpon Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri rəsmi görüşü keçirilib YENİLƏNİB VİDEO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çolpon-Ata, 31 iyul, AZƏRTAC

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşıladı.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli həmkarlar.

Əvvəlcə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün dəvətə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Mən dünəndən Qırğızıstanda səfərdəyəm və ilk növbədə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara, həmçinin İssık-Kul gölünün ətrafındakı ərazinin necə dəyişməsinə, kurorta və beynəlxalq səviyyəli turizm istiqamətinə çevrilməsinə görə Qırğızıstan Prezidentini bir daha təbrik etmək istərdim.

Eyni zamanda, Qırğızıstanda dövlət səfərindəyəm. Bu gün həmkarım Sadır Nurqojoyeviç ilə ikitərəfli qarşılıqlı fəaliyyətimizin geniş gündəliyinə dair ətraflı müzakirələr apardıq. İkitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfi imzalandı. Amma imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir.

Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür.

Biz, həmçinin çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan tərəfindən inşa edilib. “Bakı” hoteli qonaqları qəbul etməyə hazırdır və şadam ki, biz bu böyük turizm mərkəzinin açılışında birlikdə iştirak edəcəyik.

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.

Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.

Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra digər prezidentlər çıxış etdilər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalandı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see336

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see314

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see262

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see257

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see212

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see200

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see198

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see188

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see186

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see183

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see181

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see177

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see177

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see176

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see173

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see169

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see168

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see168

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see163

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri