ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Qarabağ” ilk oyunda da eyni hesabla qalib gəldiyindən, iki qarşılaşmanın yekununda 6:0 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
Qurban Qurbanov komandasının çıxışından razı qaldığını bildirib:
“Yaxşı oyun alındı. Uzun səfərə baxmayaraq, bu qələbə çox vacib idi. İki oyunda altı qol vurub heç bir top buraxmamağımız yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm. Bu, yalnız ilk mərhələ idi. Qarşıda bizi Bolqarıstanın ÇSKA komandası gözləyir. Sabahdan etibarən rəqibi daha ətraflı təhlil etməyə başlayacağıq. Daha yaxşı hazırlaşmalıyıq, çünki komandamızın hələ də müəyyən çatışmazlıqları var.”
Qurbanov əlavə edib ki, komandası əvvəlki oyunla müqayisədə daha səliqəli çıxış edib:
“Əvvəlki matçla müqayisədə bu gün daha diqqətli oynadıq. Hava şəraitini də nəzərə alsaq, futbolçular tapşırıqların öhdəsindən yaxşı gəldilər. Qarşıdakı oyuna qədər vaxtımız var və inanıram ki, həmin görüşə daha yaxşı formada çıxacağıq.”
Sonda təcrübəli mütəxəssis digər Azərbaycan təmsilçilərini də təbrik edib:
“Həmçinin "Sabah"ı və "Zirə"ni təbrik edirəm. Altı oyunda altı qələbə qazandıq. Bu nəticələr Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırır. Bütün komandalarımıza uğurlar arzulayıram.”
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:230
Bu xəbər 17 İyul 2026 02:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















