Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi DETALLAR
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yayılan məlumata görə “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.
"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Əməkdaşımız məsələ ilə bağlı şəxsən Şirvan Kərimov ilə əlaqə saxlayıb. O, dəstəyə görə təşəkkürünü bildirib və bu məsələ ilə bağlı ətraflı danışmayacağını deyib.
Əməkdaşımızın "indi sizi Rusiyadan deportasiya edəcəklər?" sualına isə Şirvan Kərimov belə cavab verib:
"Mən iyun ayının 13-dən Bakıdayam və vətəndaşlığımın ləğv edilməsi barədə xəbəri Bakıda olarkən eşitmişəm"
Qeyd edək ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 İyul 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















