Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
“AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən 5 yerli şirkət xidmətlərini vahid stenddə nümayiş etdirir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi ziyarətçilərinə yerli şirkətlərin xidmətləri, layihə və fəaliyyət istiqamətləri barədə məlumatlar, memarlıq və tikinti həlləri təqdim olunur. Stenddə həmçinin işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün xüsusi görüş zonası yaradılıb.
Qeyd edək ki, “AIREX 2026” daşınmaz əmlak, investisiya, tikinti və şəhərsalma sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, investorları və dövlət qurumlarını bir araya gətirib. Sərgi noyabrın 6-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















