Icma.az
close
up
RU
David Seliverstov Kazım Abbasovu deputatla nə bağlayıb? Detallar, açıq suallar

David Seliverstov Kazım Abbasovu deputatla nə bağlayıb? Detallar, açıq suallar

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Özünü beynəlxalq humanitar, hüquq müdafiə və yəhudi təşkilatlarının nümayəndəsi kimi təqdim etməsi ilə gündəmə gələn David Seliverstovun fəaliyyəti ətrafında yeni detal ortaya çıxıb.
David Seliverstov-Kazım Abbasovun 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin yəhudi əsilli deputatı Anatoliy Rafailovla da geniş əlaqələri var. Bəzi hallarda o, deputatla əlaqələrini özünün pərdəarxası işlərinə sipər olaraq istifadə edib.
Məsələ ilə bağlı deputatı Anatoliy Rafailovla əlaqə saxlayıb David Seliverstov - Kazım Abbasovla əlaqələri haqda iddialara münasibətiuni öyrənməyə çalışdıq. Təəssüf ki, deputat israrlı zənglərimizi cavabsız qoydu. Bununla belə iddialara hörmətli deputatın münasibətini öyrənməyə hazırıq.
Qeyd edək ki, Anatoliy Rafailovla David Seliverstov-Kazım Abbasovun ictimai əlaqələri haqda ən müxtəlif media resurslarında da məlumatlar yer alır. Məsələn, 26 dekabr 2023-cü ildə yayılan məlumatda Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədr müavini, Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının sədri və Parlament Lobbisinin direktoru Pavel Yelizarovun Azərbaycana səfəri çərçivəsində Quba rayonunda görüş keçirilməsindən söhbət açılır. Həmin görüşdə 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin deputatı Anatoliy Rafailov, eləcə də Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri və Magen David Group-un direktoru kimi təqdim olunan David Seliverstovun iştirak etdiyi vurğulanır.
Görüş zamanı deputat Anatoliy Rafailov Azərbaycanda yəhudi icmasının təhlükəsizlik, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşadığını, ölkədə antisemitizmə yer olmadığını bildirib. O, həmçinin Azərbaycanın regionda sülh təşəbbüsləri və multikultural dəyərlərini xüsusi vurğulayıb. Pavel Yelizarov isə Azərbaycanda multikulturalizm və tolerantlıq mühitini yüksək qiymətləndirərək, ölkədə yəhudi icmasının təhlükəsiz şəraitdə yaşamasının sevindirici olduğunu qeyd edib.
Lakin görüşün diqqət çəkən tərəfi məhz David Seliverstovun bu tədbirdə rəsmi tərəf kimi iştirak etməsidir. Qubadakı görüş David Seliverstovun Azərbaycanın tanınmış ictimai-siyasi simaları ilə təmaslarının davam etdiyini göstərən növbəti fakt kimi diqqət çəkir.
Qubada deputat Anatoliy Rafailovla keçirilən görüş həmin əlaqələr zəncirinə yeni həlqə kimi qiymətləndirilə bilər. Əlbəttə, hər hansı şəxsin deputat və ya dövlət rəsmisi ilə görüş keçirməsi özlüyündə qanun pozuntusu və ya hüquqi məsuliyyət yaratmır. Lakin son dövrlər haqqında müxtəlif iddialar səsləndirilən bir şəxsin rəsmi tədbirlərdə görünməsi, beynəlxalq təşkilatların nümayəndələri ilə eyni platformada iştirak etməsi və nüfuzlu şəxslərlə əlaqələr qurması ictimai maraq doğuran məsələ kimi qiymətləndirilir.
Bu baxımdan David Seliverstov-Kazım Abbasovun deputat Anatoliy Rafailovla əlaqələri diqqət çəkir. Anatoliy Rafailovla bu görüş hansı layihələrin və ya əməkdaşlıq planlarının tərkib hissəsi olub?
Suallar açıqdır, araşdırmalarımız davam edir.(musavat.com)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see285

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see254

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see243

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see208

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see205

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see203

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see202

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see199

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see197

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see195

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see194

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see190

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see186

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see182

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see182

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see179

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see177

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see177

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see166

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri