Demokratların qələbəsindən sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların qələbəsindən sonra İlon Maskın “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri iki gün ərzində təxminən 15 faiz ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, investorlar Demokratların Konqresdə nəzarəti gücləndirməsinin Maskın şirkətlərinə qarşı daha sərt tənzimləmə və nəzarət tədbirlərinə səbəb olacağından narahatdırlar.
İnvestorların əsas narahatlıqlarından biri “Tesla” və “SpaceX” şirkətlərinin mümkün birləşməsidir. Demokratların belə bir razılaşmaya qarşı antiinhisar nəzarətini gücləndirə biləcəyi bildirilir.
Bundan əlavə, Konqresin Ukraynada “Starlink” peyk rabitə sisteminə tətbiq edilən məhdudiyyətlərlə bağlı İlon Maskı ifadə verməyə çağıra biləcəyi qeyd olunur.
Nəşr, həmçinin süni intellekt və məlumat mərkəzləri sektorundakı səhmlərin ucuzlaşmasının “SpaceX” səhmlərinə də təzyiq göstərdiyini yazır. İnvestorlar məlumat mərkəzlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsinin şirkətin süni intellekt planlarına mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 Noyabr 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















