Icma.az
close
up
RU
Deyirlər: dərdi eşqin adəm öldürməz, dürüstdür bu... Xurşidbanu Natəvanın qəzəlləri

Deyirlər: dərdi eşqin adəm öldürməz, dürüstdür bu... Xurşidbanu Natəvanın qəzəlləri

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün XIX əsr məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın doğüm günüdür.

Kulis.az onun qəzəllərini təqdim edir.

Şuri-eşqin başıma axırı sövda gətirir,
Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.

Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,
Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.

Könlümü qarət edir eylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.

Naqənin varmı şüuru bula aşıq guyin,
Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına gör getsə, Züleyxa gətirir.

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir.

***

Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,
Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,
Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.
Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm,
Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm, əfzundur,
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?
Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil aşiyan eylər?
Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı,
Hərami xeylini kim böylə gəncə pasiban eylər?
Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,
Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.
Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən
Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.
Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu
Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.

***

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.

***

Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!

Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,
Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz!

Səbəb noldu ki, məndən mehr.kəsdin, mehriban bülbül!
Olub qumri kimi ku-ku yenə virdi-zəban sənsiz!

Xoş ol günlər ki, vəslindən edərdim kami-dil hasil,
Olunca mübtəla hicrə, çıxaydı kaş can sənsiz!

Əlif tək sərv qəddin, can içində getdi, qəmxarim,
Necə aram tutsun, bilməzəm, cism içrə can sənsiz?

Çıxar sübhü məsa əflakə dudi-şöleyi ahim,
Zəbani-halimə kiryan olur kərrubiyan, sənsiz.

Nəzər qıl, qönçeyi-lalə misalı bir-biri üstən
Çəkilmiş sinəmə, gör kim, necə daği-nəhan sənsiz!

***

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.

Nə hicr atəşinə odlanıb yanaydı dilim,
Nə eşqin içrə könül böylə şad xürrəm olaydı.

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm gur
Nə ruzgar fəraqində qamətim xəm olaydı.

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, ilahi, bu növi şəbnəm olaydı.

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xar möhnəti, bülbül, səninlə möhkəm olaydı.

Nə cah olaydı, nə zindan, nə karivan güzəri,
Nə Yusifi bu bəladə görən bir adəm olaydı.

Nə bəzm, olaydı, nə bazari Yusif əhvalı.
Nə rəhgüzərdə Züleyxa qəm ilə həmdəm olaydı.

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsı dərhəm olaydı!

***

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?

Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,
Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

Könüldə ahü zarım var, səbrü nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

O zülfü nərgisi-məstə, könül çoxdandı pabəstə,
Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

Səri-kuyin gəzən könlüm gülü-ruyin sevər könlüm,
Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,
O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fəraqın dərdi möhnətdir,
Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,
O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

Yanar canım fərağından, tutar könlüm sorağından
Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib, səbrü-qərarım yox,
Yanımda gül-üzarım yox, neçin gəlməz, neçin gəlməz?

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,
Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?.

Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu Alla Puqaçova niyə əsa ilə gəzir? "Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see226

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see225

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see223

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see220

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see218

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see217

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see192

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see192

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see192

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see191

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see191

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see188

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see185

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see185

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see181

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see177

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see174

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see172

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see168

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri