Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
30 sentyabr 2026-cı il tarixində Qırğız Respublikasının İssık-Göl vilayətində yerləşən Kurmanjan Datka adına Köçəri Sivilizasiya Mərkəzində Divanü Lüğat-it-Türkə həsr olunmuş sərginin daimi ekspozisiyasının açılış mərasimi keçirilib.
2024-cü ildə ilk dəfə Bişkekdə, daha sonra isə 2025–2026-cı illərdə Astana və Türküstanda nümayiş etdirilən səyyar sərgi bundan sonra İssık-Kulda daimi olaraq fəaliyyət göstərəcək. Layihə planı Qırğız Respublikasının Birinci xanımı Zati-aliləri Aygül Japarovanın təlimatı əsasında həyata keçirilib.
Layihə Türk Mədəniyyəti və İrsi Fondu, TİKA və Türk Dünyası Vəqfinin əməkdaşlığı ilə reallaşdırılıb.
Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxış edib. Fondun prezidenti sərginin 2024-cü ildə Bişkekdə başlayan yolçuluğunun İssık-Göldə daimi ekspozisiyaya çevrilməsindən məmnunluğunu ifadə edib. O, Divanü Lüğat-it-Türk əsərini türk xalqlarının mədəni və dil dünyasına açılan mühüm pəncərə kimi səciyyələndirərək, sərginin ortaq irsin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar arasında olan Türkiyənin Bişkekdəki səfiri Mustafa Kemal Ökem, TİKA-nın rəhbəri Abdullah Eren, Türk Dünyası Vəqfinin İdarə Heyəti sədrinin müavini Osman Özsoy və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soyuzbek Nadırbekov Mahmud Kaşğarinin İssık-Göl və Barskan bölgəsi ilə tarixi əlaqələrinə, əsərin türk dünyasının ortaq yaddaşındakı roluna, həmçinin sərginin regionda türk mədəni irsinin tanıdılması və qorunmasına verəcəyi töhfəyə diqqət çəkiblər.
Sərginin açılışında eləcə də Qırğızıstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, dövlət və mədəniyyət qurumlarının əməkdaşları, alimlər və yerli və xarici qonaqlar iştirak ediblər.
Divanü Lüğat-it-Türk sərgisinin İssık-Göldə daimi olaraq ziyarətə açılması Mahmud Kaşğari irsinin gələcək nəsillərə çatdırılması və Türk dünyasının ortaq mədəni yaddaşının yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
İştirakçılar sərginin tarix və müasirlik arasında canlı dialoq məkanına çevrilərək, ziyarətçilərə türk dünyasının zənginliyini və özünəməxsusluğunu təqdim edəcəyinə əminliklərini ifadə ediblər.
.
.
.
.
.
.
.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:230
Bu xəbər 02 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















