Dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərlə bağlı mühüm YENİLİK
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiləqnib.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Publik hüquqi şəxslərə tapşırılıb ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması




Qeyd. Tabeliyi olmayan publik hüquqi şəxslərdə və dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və ixtisas dərəcə si olmayan fəhlə vəzifələrində çalışan işçilərin aylıq vəzifə maaşları müvafiq olaraq “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi ilə müəyyən edilmiş 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə eyniadlı vəzifələrdə çalışan işçilərin aylıq vəzifə maaşları isə 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində müəyyən edilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















