Icma.az
close
up
RU
® Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri “Food City Agrocomplex”də olub VİDEO

® Dövlət Gömrük Komitəsi, Braziliya Gömrük Administrasiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndələri “Food City Agrocomplex”də olub VİDEO

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il iyulun 29-da Xaçmaz rayonunun Xudat şəhərində yerləşən “Food City Agrocomplex” logistika klasterində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti başda sədr müavini Fuad Məmmədov olmaqla, Braziliya Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho, Ümumdünya Gömrük Təşkilatının (WCO) regional rəhbəri Antonio Lo Parko və digər nümayəndələrin iştirakı ilə işgüzar görüş keçirilib.

Səfər çərçivəsində qonaqlara kompleksin infrastrukturu təqdim olunub. Nümayəndə heyəti quru və soyuducu anbarlar, müvəqqəti saxlanc statuslu gömrük anbarları, qida laboratoriyası, əmtəə birjası, meyvə çeşidləmə və qablaşdırma xətləri, gömrük nəzarət zonası, TIR terminalı, dəmir yolu infrastrukturu və özəl vaqon parkı ilə tanış olub.

Görüş zamanı əsas diqqət “Food City Agrocomplex”də tətbiq olunan "bir pəncərə" sistemi və kompleksə Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun verilməsi təşəbbüsü üzərində cəmlənib. Tərəflər bu statusun logistika klasterinə verilməsinin yarada biləcəyi potensial üstünlüklər, gömrük prosedurlarının sadələşdirilməsi, etibarlı ticarətin təşviqi, rəqəmsal inteqrasiyanın genişləndirilməsi və beynəlxalq təchizat zəncirlərinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, “Food City Agrocomplex”də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və digər aidiyyəti qurumlar vahid məkanda fəaliyyət göstərərək inteqrasiya olunmuş xidmət modeli vasitəsilə xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli həyata keçirilməsinə dəstək verirlər.

Müzakirələr zamanı Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit və reeksport potensialının artırılması, gömrük prosedurlarının sürətləndirilməsi və rəqəmsal inteqrasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi məsələləri də nəzərdən keçirilib.

Səfər çərçivəsində Braziliya Gömrük Administrasiyasının rəhbəri Fabiano Coelho “Food City Agrocomplex”də yaradılmış logistika infrastrukturu və xüsusilə "bir pəncərə" modelinə maraq göstərərək bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev bildirib:

““Food City Agrocomplex” Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən strateji logistika klasteridir. Burada tətbiq olunan "bir pəncərə" modeli dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirərək xarici ticarətin daha sürətli və səmərəli təşkilinə xidmət edir. Beynəlxalq tərəfdaşlarımızla aparılan müzakirələr bu modelin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

“Food City Agrocomplex” Xaçmaz rayonunun Xudat şəhərində, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşən çoxfunksiyalı logistika klasteridir. Kompleks "bir pəncərə" prinsipi əsasında fəaliyyət göstərərək xarici ticarət iştirakçılarına logistika, gömrük və digər dövlət xidmətlərini vahid məkanda təqdim edir.

Əlaqə (media sorğuları üçün):

Anar Hüseynov, Kommersiya departamentinin müdiri

(+99410) 640-10-10 · [email protected] · www.foodcity.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri