Dubayın gənc milyarderi Süleyman Kərimov üçün hazırlanan superyaxtanı üzən ofisə çevirdi FOTO KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Dubayın Trampı” kimi tanınan maqnatın oğlu, daşınmaz əmlak sahəsində milyardlarla dollar sərvət qazanan Abbas Sacvani ABŞ hakimiyyəti tərəfindən müsadirə edilmiş Amadea superyaxtasını alaraq onu üzən ofisə çevirib.
KONKRET.az xəbər verir ki, bu barədə Forbes nəşri yazıb.
Məlumata görə, iyunun əvvəlində, Monako Qran-prisindən iki gün əvvəl 27 yaşlı dubaylı developer Abbas Sacvani 106 metrlik Amadea superyaxtasında qonaqları qəbul edib. Gənc milyarder yaxtada istirahət deyil, biznes görüşləri keçirib. Bundan az əvvəl onun rəhbərlik etdiyi AHS Properties şirkəti Shangri-La Dubai otelini 300 milyon dollara satın alıb.
2017-ci ildə Almaniyanın Lürssen gəmiqayırma zavodunda inşa edilən Amadea yaxtasının ABŞ hakimiyyətinin məlumatına görə, əvvəlcə rusiyalı milyarder Süleyman Kərimov üçün hazırlandığı bildirilir.
2022-ci ilin mayında yaxta Ficinin Lautoka limanında ABŞ Federal Təhqiqat Bürosu (FBI) və yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb. Daha sonra San-Dieqoya aparılan gəmi məhkəmə proseslərindən sonra ABŞ Ədliyyə Nazirliyi tərəfindən qapalı hərraca çıxarılıb.
Abbas Sacvani ötən ilin sentyabrında keçirilən hərracda ən yaxın rəqibini cəmi 1 milyon dollar üstələyərək yaxtanı əldə edib. Hazırda Amadeanın dəyərinin təxminən 250 milyon dollar olduğu qiymətləndirilir.
Altı göyərtədən ibarət superyaxtada qızıl lift sistemi, tik ağacından hazırlanmış naxışlı interyer, Yunanıstanın Tasos adasından gətirilmiş mərmər bar, əl işi Pleyel royalı, 10 metrlik “infinity” hovuzu, sualtı bar, açıq hava kinoteatrı və helikopter meydançası yerləşir. Sonradan həmin meydança piklbol kortuna çevrilib.
Sacvani bildirib ki, yaxta onun üçün istirahət vasitəsi deyil, yaşayış və iş məkanıdır:
“Bir çoxları yaxtaya istirahət üçün gedir. Mənim üçün isə bu, yaşamaq yeridir. Buradakı gündəlik həyatım Dubaydakı kimidir – həftə içi Zoom görüşləri və işgüzar danışıqlar, həftəsonu isə istirahət.”
Abbas Sacvani DAMAC şirkətinin qurucusu və ABŞ Prezidenti Donald Trump ilə uzunmüddətli əlaqələri olan milyarder Hüseyn Sacvaninin oğludur.
Atasından yeniyetmə yaşlarında aldığı 100 min dollarlıq başlanğıc kapitalı birja investisiyalarına yönəldən Sacvani 2021-ci ilə qədər ABŞ şirkətlərinin səhmlərindən təxminən 25 milyon dollar gəlir əldə edib.
Daha sonra o, Dubayın ən nüfuzlu bölgələrində elit villalara və torpaq sahələrinə investisiya qoyaraq One Canal layihəsini həyata keçirib. Biznesmenin gələcək planlarına 2030-cu ilədək AHS City layihəsinin reallaşdırılması və Londonun Ridjent Parkındakı Holme malikanəsinin 260 milyon dollara alınması da daxildir.
Dubay daşınmaz əmlak bazarında müəyyən yavaşlamaya baxmayaraq, Abbas Sacvani elit seqmentin gələcəyinə inandığını bildirib və biznes imperiyasını Aralıq dənizi ilə Karib hövzəsi arasında hərəkət edən superyaxtadan idarə etməyə davam edir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















