Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Edamdan bir gün əvvəl qadın paltarı geyinərək həbsxanadan qaçdı: Qraf Lavaletin inanılmaz xilasetmə hekayəsi KONKRET

Edamdan bir gün əvvəl qadın paltarı geyinərək həbsxanadan qaçdı: Qraf Lavaletin inanılmaz xilasetmə hekayəsi KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1815-ci ilin dekabrında Parisdəki KonSyerjeri həbsxanasının ağır dəmir qapıları arxasında qeyri-adi bir hadisə baş verməyə hazırlaşırdı. Rütubətli daş kamerada 46 yaşlı qraf Antuan de Lavalet – Napoleon Bonapartın sadiq tərəfdarlarından biri, Fransanın keçmiş baş poçt direktoru oturmuşdu. Burbonların kral məhkəməsi onu dövlətə xəyanətdə ittiham edərək gilyotinlə edama məhkum etmişdi. Hökmün icrasına isə cəmi bir neçə gün qalırdı.

Kral XVIII Lüdovik Bonapart tərəfdarlarına qarşı sərt mövqeyini nümayiş etdirmək istəyirdi. Buna görə də qrafın əfv olunması barədə müraciətlər rədd edilmişdi.

Edamdan əvvəlki gün məhbusun yanına həyat yoldaşı, 34 yaşlı qrafinya Emili de Lavalet qızı ilə birlikdə vida görüşünə gəldi.

Emili həbsxanaya geniş yun paltarda, xəz astarlı üst geyimində və üzünü örtən qalın qara duvaqda daxil oldu. Qrafinya uzun müddətdir xəstə idi, çətinliklə hərəkət edirdi. Həbsxana gözətçiləri onu həmişə qəmgin, ağlayan və başdan-ayağa bürünmüş vəziyyətdə görməyə alışmışdılar.

Lakin həmin gün onun gəlişinin əsl məqsədi vida etmək deyildi.

Gözətçilər kameranın qapısı arxasında dayanarkən Emili ərinə cəsarətli planını pıçıldadı. O, qrafdan paltarlarını çıxarmağı, həyat yoldaşının geyimini geyinməyi, başına duvaq salmağı və üzünü ipək yaylıqla örtməyi tələb etdi.

Emili isə ərinin paltarlarını geyinərək kameranın qaranlıq küncündə, pərdənin arxasında əyləşdi. Əlinə kitab götürüb oxuyurmuş kimi davrandı.

Qraf Lavalet balacaboy olduğundan bu planın həyata keçirilməsi mümkün görünürdü. O, başını aşağı saldı, gözlərinə nazik batist yaylıq tutdu və ürəkparçalayan hönkürtülərlə ağlamağa başladı. Yanında ağlayan qızını da götürərək həbsxananın dəhlizləri ilə irəlilədi.

Gözətçilər qarşılarında qəm-qüssədən sarsılmış zadəgan xanımı gördüklərini düşünərək ehtiramla kənara çəkildilər və ona yol verdilər. Beləcə, qraf həbsxananı heç bir maneə ilə üzləşmədən tərk etdi və onu gözləyən qapalı palankinə mindi.

Lakin bu macəra hələ bitməmişdi.

Qrafın qaçmasından təxminən 15 dəqiqə sonra nəzarətçi kameraya daxil olaraq məhbusu yoxlamaq istədi. O, qaranlıqda əyləşmiş, qrafın paltarlarını geyinmiş məhbusa müraciət etdi. Cavabında isə gözlənilməz bir səslə – qadın gülüşü ilə qarşılaşdı.

Həbsxanada həyəcan təbili çalındı. Parisin çıxış yolları bağlandı, şəhərdə genişmiqyaslı axtarışlara başlanıldı.

Lavalet gizli sığınacaqda gizləndi. Lakin Parisdən kənara çıxmaq, demək olar ki, mümkünsüz görünürdü. Məhz bu kritik məqamda ona kömək əlini uzadanlar gözlənilməz insanlar oldu.

38 yaşlı britaniyalı general ser Robert Vilsonun rəhbərliyi altında üç ingilis zabiti qrafinyanın cəsarətli addımından xəbər tutdu.

Maraqlıdır ki, cəmi bir neçə ay əvvəl Vaterloo döyüşündə Napoleonun ordusunu məğlub edən britaniyalılar Fransanın əsas düşmənlərindən sayılırdılar. Buna baxmayaraq, general Vilson qadının ərinə göstərdiyi sədaqətdən təsirlənmişdi. O və silahdaşları Lavaleti edamdan xilas etməyi zabit şərəfinin məsələsi hesab etdilər.

General Vilson Britaniya polkovnikinin hərbi formasını çıxarıb qrafa geyindirdi. Daha sonra onu Britaniya nişanları ilə bəzədilmiş açıq general faytonuna mindirərək özü ilə yola düşdü.

Səhər saatlarında fayton şimal istiqamətindəki Klisi keçidinə yaxınlaşdı. Fransız keşikçiləri qarşılarında Britaniya generalını gördükdə ehtiramla kənara çəkildilər. Müttəfiq ordusunun yüksək rütbəli zabitinin arabasını yoxlamağa cəsarət etmədilər.

Beləliklə, qraf Lavalet Fransanı tərk etməyə nail oldu. Ertəsi gün o, artıq Belçikanın Mons şəhərində təhlükəsiz şəraitdə qəhvə içirdi.

Lakin Fransa hakimiyyəti bu hadisəni cəzasız qoymaq niyyətində deyildi. General Vilson və ona kömək edən britaniyalı zabitlər həbs olundular.

Məhkəmə zamanı hakim Vilsondan başqa bir ölkənin vətəndaşını, özü də Fransanın düşməni olmuş Napoleonun tərəfdarını niyə xilas etdiyini soruşdu.

Generalın cavabı tarixdə cəsarət və zabit şərəfinin ifadəsi kimi yadda qaldı:

“İnsan qadının sədaqətinə və düşmənin cəsarətinə hörmət etməyi bacarmalıdır, cənab!”

Məhkəmə britaniyalı zabitləri üç ay müddətinə azadlıqdan məhrum etdi. Qraf Lavalet isə sonradan Fransaya qayıtmasına imkan verən əfvə nail oldu.

Bu hadisə tarixdə yalnız qeyri-adi həbsxana qaçışı kimi deyil, həm də insan sədaqətinin, cəsarətin və hətta müharibə aparan tərəflər arasında belə qoruna bilən zabit şərəfinin təsirli nümunəsi kimi qaldı.

Bəzən bir insanı ölümdən xilas etmək üçün nə ordular, nə də silahlar lazımdır. Bir qadının sevgisi və bir neçə insanın vicdanı kifayət edir.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri