Icma.az
close
up
RU
“Əməliyyatları musiqi dinləyərək edirəm” Gənc həkim musiqi karyerasından danışdı

“Əməliyyatları musiqi dinləyərək edirəm” Gənc həkim musiqi karyerasından danışdı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Həmin gün dünyanın ən xoşbəxt insanı idim”

Bir tərəfdə insan sağlamlığının keşiyində duran həkim, digər tərəfdə duyğularını musiqi ilə ifadə edən gənc ifaçı. Diş həkimi kimi fəaliyyət göstərən müsahibimiz Rəsul Musayev son günlər ilk mahnısı “Bəlkə” ilə diqqət çəkir. Həmsöhbətimiz həkimlikdən musiqiyə uzanan yolundan, ilk mahnısının yaranma tarixçəsindən, gələcək planlarından və bu iki fərqli sahəni necə uzlaşdırdığı barəsində suallarımızı cavablayıy.

Sherg.az müsahibəni təqdim edir:

-Çoxları sizi diş həkimi kimi tanıyır. Musiqiyə gəlmək qərarı necə yarandı?

-Musiqiyə uşaqlığımdan marağım olub. Lakin həkimlik mənim üçün daha ön planda idi. Bu iki ucu bucağı görünməyən dünya bir arada mümkün olmadığından əvvəl təhsilimə, yəni tibb oxumağa yönəldim. Musiqi ilə isə həmişə məşğul olmağa davam edirdim.

-Bəziləri musiqinin sağaldıcı gücünə inanır. Siz necə düşünürsünüz?

-Musiqinin insan sağlamlığına təsiri məncə danılmazdır. Bir çox hallarda şəxsi təcrübəmdə də bunu yaşamışam. Ona görə də musiqi və tibbin ortaq nöqtələri olduğunu düşünürəm.

-Heç əməliyyat icra edəndə mahnı səsləndirdiyiniz olub?

-Düzünü desəm əməliyyat və ya prosedur əsnasında musiqi səsləndirməmişəm. Lakin hər zaman musiqi dinləyərək əməliyyatları icra edirəm.

-İlk mahnınızı məhz "Bəlkə" adlandırmağınızın xüsusi səbəbi varmı?

-”Bəlkə” uzun aylardır dostum Orxan Nadirovla üzərində işlədiyimiz əsərdi. Təsadüf də olsa ilk mahnımı yayımlamaqda bu qədər tərəddüd etməyim mənim üçün “bəlkə”lərlə dolu bir hazırlıq müddəti oldu. Lakin mahnının mövzusu tamamilə fərqlidir. Ayrılıq və ayrılıq sonrası yaşanan hissləri ifadə edir.

-Bu mahnının sözləri və ideyası şəxsi həyatınızdan qaynaqlanır?

-Xeyr. Çünki mahnının müəllifi dostum Orxandır. Lakin mən də mahnını ifa edərkən özümdən nələrsə qatmağa çalışdım.

-İlk dəfə studiyaya daxil olub mahnı yazdırmaq sizdə hansı hissləri yaratdı?

-Mənim üçün möcüzəvi bir an idi. Studiyada ilk dəfə olmasam da, ilk dəfə idi ki, öz mahnımı hazırlamaq üçün orada idim. O anı çətin ki, sözlərlə ifadə edə bilim.

-Mahnının klibi necə ərsəyə gəldi? Çəkilişlərdən yaddaqalan bir xatirəniz varmı?

-Klip bizim üçün ən böyük çətinliklərdən biri idi. Çünki həm istədiyimiz işi ortaya çıxaracaq rejissor axtarırdıq, həm də məkan. Nəhayət belə bir rejissora- Namik Babakişiyevə bəyə rast gəldik. İlk çəkiliş olmasına baxmayaraq rejissorumuzun sayəsində kamera qabağında çox rahat idik. Klipdə assistentim Sibel Sibel Paşayeva da rol alaraq mənə dəstək oldu. Set arxasının hər anı bizim üçün əyləncəli və yadda qalan oldu.

-Pasiyentləriniz sizi müğənni kimi görəndə reaksiyaları necə oldu?

-Klip təqdim olunandan 1 gün sonra klinikaya gedəndə ilk qəbul etdiyim pasiyent məni təəccüblə qarşıladı. Musiqi ifa etdiyimi bilmədiyini, mahnını çox bəyəndiyini söylədi. Həmçinin sonrakı pasiyentlər də. Bunları eşitmək mənə çox xoş təsir etdi. Həmin gün bəlkə də dünyanın ən xoşbəxt insanı mən idim.

-Həkimlik fəaliyyətiniz davam edəcək, yoxsa musiqiyə daha çox vaxt ayırmağı düşünürsünüz?

-Hələki həkimliyə qaldığım yerdən davam edirəm. Zamanla bu balans pozula bilər, lakin bildiyim tək şey hər zaman həkimliklə məşğul olmağa davam edəcəm. Çünki ən az musiqi qədər tibbi də, işimi də çox sevirəm.

-Musiqi sizin üçün hobbidir, yoxsa gələcək karyera planıdır?

-Gələcək karyera planı deyə bilərəm. İnsanlara yaşadıqlarımı, hiss etdiklərimi ötürmək uşaqlıq arzum olub. Bunu ola bildikcə irəliyə daşımağa çalışacağam

-"Bəlkə" mahnısı ilə dinləyiciyə hansı mesajı çatdırmaq istəmisiniz?

-”Bəlkə” ayrılığın son olmadığını deyir, lakin sevgi mənə görə insan ömründə nadirən yaşanan hissdi. Mahnı da bu hissləri çatdırmağa çalışır

-Bundan sonra yeni mahnılar və ya albom üzərində işləməyi planlaşdırırsınız?

-Albom hazırda ən böyük hədəfimdi. Lakin istədiyim mahnıları tapmaq və ya bəstələmək uzun zaman alır. Bunun üçün çox çalışmalıyam.

-Tənqidlərə münasibətiniz necədir? İlk mahnı ilə bağlı hansı rəyləri almısınız?

-Əksəriyyət müsbət rəy bildirib. Tənqidlərə hər zaman açığam. Qüsursuz heç nə yoxdu. Lakin mükəmməlliyyətçi olub yerimdə saymaqdansa, irəliləməyi seçirəm. Bu yolda nələri öyrənib inkişaf etməli olduğumu bilmək istəyirəm.

-Sonda, sizi həm həkim, həm də yeni ifaçı kimi izləyənlərə nə demək istərdiniz?

-Hər zaman yaxşı, qayğıkeş və işində dürüst həkim olmağa çalışmışam. Çalışacağam ki, bundan sonra da musiqim ilə də insanların həyatına toxunum. Hər zaman gözəl musiqilər dinləyin və mütləq dişlərinizi qoruyun.

Müsahibəni qələmə aldı: Elmar İbrahimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see413

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see329

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see263

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see238

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see233

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see208

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see177

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see170

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see168

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see163

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see159

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see158

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see157

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see157

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see156

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see156

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see151

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see150

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri