Icma.az
close
up
RU
Emin Ağalarov: Rusiyadan olan 50 dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Emin Ağalarov: Rusiyadan olan 50 dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 4 iyun, AZƏRTAC

Azərbaycan ilə Rusiya arasında güclü insani və işgüzar əlaqələr mövcuddur, hansı ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort şəhərinin təsisçisi Emin Ağalarov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF 2026) çərçivəsində “Rusiya-Azərbaycan” sessiyasındakı çıxışı zamanı bildirib.

“Mən səmimi-qəlbdən inanıram və hesab edirəm ki, Azərbaycanla Rusiya arasında pis münasibətlər ola bilməz. Münasibətlər sadəcə yaxşı deyil, çox yaxşı olmalıdır. Çünki bunlar, həqiqətən, iki mehriban qonşudur”, - deyə o qeyd edib.

Emin Ağalarovun sözlərinə görə, hətta münasibətlərdə müəyyən dərəcədə soyuma dövründə belə, rusiyalı turistlər Azərbaycanda özlərini rahat hiss ediblər: “Rusiyalılar çox sevilir, xoş qarşılanır və onların gəlişini istəyirlər. Bu, insani səviyyədədir. Siyasi səviyyədə isə, əgər, dövlət başçılarının siyasi iradəsi varsa, bütün nüansları yeniləməli, qurmalı və həll etməli olacağıq. Düşünürəm ki, bunu yaxın zaman edəcəyik”.

O, həmçinin Rusiyadan olan 50-dən çox sənətçinin bu yay “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.

Emin Ağalarov Rusiya-Azərbaycan Biznes Şurasının işi barədə danışaraq, son iclasın təxminən bir ay əvvəl iki Baş nazirin müavininin iştirakı ilə keçirildiyini xatırladıb.

“Bu gün bu münasibətlərin daha da sabit və uğurlu olması, ölkələr arasında ticarətin isə artması üçün siyasi iradəmiz var. Düşünürəm ki, bu il yüksək nəticələr göstərmək üçün tam şansımız var”, - deyə “Agalarov Development” şirkətinin prezidenti vurğulayıb.

O, həmçinin qeyd edib ki, “Sea Breeze” layihəsi tikinti və texnoloji materiallar sahələri də daxil olmaqla, Rusiya istehsalçıları ilə əməkdaşlıq imkanlarından fəal şəkildə istifadə edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see334

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see252

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see215

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see183

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see181

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see167

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri