Ən çox maaş alan milli komanda məşqçiləri açıqlandı Son dünya çempionları ilk 3 lüy ə düşmədi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın "Bild" nəşri ən çox maaş alan milli komanda məşqçilərinin reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, Braziliya millisinin italiyalı məşqçisi Karlo Ançelotti ildə 10 milyon avro maaşla birinci yeri tutub.
Bu rəqəm ona ən yaxın izləyicisindən 3 milyon avro irəlidə olmağa imkan verib.
Yürgen Klopp ikincidir. O, Almaniya Futbol Assosiasiyasından ildə 7 milyon avro qazanır. Ən çox maaş alan məşqçilərin ilk "üçlüy"ünü Maurisio Poçettino tamamlayıb. ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettinonun illik gəliri 6,8 milyon avrodur.
Son dünya çempionu İspaniyanın baş məşqçisi Luis de la Fuente reytinqdə beşinci yerdədir. Avstriya millisinin məşqçisi Ralf Ranqnik isə ildə 2 milyon avro qazanaraq ilk "10-luğ"u tamamlayıb.
Beləliklə, reytinqdə birinci və onuncu yerlər arasındakı fərq 8 milyon avrodur.
"10-luq" belədir:
Karlo Ançelotti, Braziliya: 10 milyon avro
Yürgen Klopp, Almaniya: 7 milyon avro
Maurisio Poçettino, ABŞ: 6,8 milyon avro
Tomas Tuxel, İngiltərə: 6 milyon avro
Luis de la Fuente, İspaniya: 5 milyon avro
Xorxe Jezuş, Portuqaliya: 4 milyon avro
Zinəddin Zidan, Fransa: 3,6 milyon avro
Xavi, Hollandiya: 3 milyon avro
Lionel Skaloni, Argentina: 2,3 milyon avro
Ralf Rangnik, Avstriya: 2 milyon avro
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















