Ən zərərli meyvə və giləmeyvələrin adları Açıqlandı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb.
“Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bir bananda bir xörək qaşığı şokalat yağı qədər şəkər var”, - deyə Suares xəbərdarlıq edib.
O, qanda insulinin kəskin artmasına səbəb olduğu üçün köp, artıq çəki və xroniki yorğunluqdan əziyyət çəkənləri banandan uzaq durmağa çağırıb.
Mütəxəssis, həmçinin manqo qəbulunda da ehtiyatlı olmağı tövsiyə edib.
Onun sözlərinə görə, bu meyvəni yalnız tropik zonada yaşayan və müntəzəm idmanla məşğul olan şəxslər yeməlidir. Az hərəkətli həyat tərzi sürənlərdə manqo orqanizmdə iltihabi prosesləri artıra bilər.
Suares rasionda üzümün də məhdudlaşdırılmasını məsləhət görüb:
“Üzümün glikemik yükü o qədər yüksəkdir ki, orqanizm onu qazlı içki kimi emal edir. O, aclığı yatırtmır, sadəcə asılılıq yaradır”.
Baxış sayı:84
Bu xəbər 19 Avqust 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















