Icma.az
close
up
RU
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... İqtisadçı mümkün nəticələri açıqladı

Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... İqtisadçı mümkün nəticələri açıqladı

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasıdır. Rəsmi açıqlamalar yaxın vaxtlarda iki ölkə arasında qarşılıqlı ticarətin başlanacağına işarə etsə də, bu prosesin hansı məhsullar üzrə formalaşacağı, bazarın buna necə reaksiya verəcəyi və iqtisadi inteqrasiyanın hansı çərçivədə inkişaf edəcəyi müzakirə mövzusu olaraq qalır. 

Mütəxəssislər hesab edirlər ki, kommersiya maraqları əsas rol oynasa da, istehlakçı davranışı, bazar psixologiyası və dövlətin iqtisadi siyasəti də bu prosesin gedişinə təsir göstərəcək.

Maraqlıdır, Azərbaycan bazarında Ermənistan mənşəli məhsullar üçün real kommersiya potensialı daha çox hansı sahələrdə formalaşa bilər?

İlk mərhələdə bu məhsulların bazara daxil olması yerli istehsalçıların maraqlarına və rəqabət mühitinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  açıqlama verib.

İqtisatçı bildirib ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı ticarətin genişlənməsi real mərhələyə keçərsə, Ermənistan mənşəli məhsullar üçün Azərbaycanda ən böyük kommersiya potensialının ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarında yaranacağını düşünürəm:

"Ermənistanın ixrac strukturunda emal olunmuş ərzaq məhsulları, meyvə-tərəvəz, konservlər, mürəbbə, pendir, balıq məhsulları, mineral su, şirələr və digər içkilər mühüm yer tutur. Ermənistanın rəsmi ixrac kataloqunda da meyvə-tərəvəz, şirə və içkilər, şirniyyat, konservləşdirilmiş məhsullar, ət və balıq məhsulları kimi kateqoriyalar geniş yer alır.

Azərbaycan bazarında xüsusilə mövsümi meyvə-tərəvəz, quru meyvələr, konservləşdirilmiş və emal olunmuş ərzaq məhsulları, mineral sular, şirələr və bəzi şirniyyat növləri müəyyən bazar tapa bilər. Bununla belə, burada Ermənistan məhsullarının avtomatik olaraq böyük üstünlük qazanacağını düşünmək düzgün olmaz.

Azərbaycan istehlakçısının qiymətə həssaslığı yüksəkdir və yerli istehsalçılarla yanaşı Türkiyə, Rusiya, İran, Gürcüstan və digər ölkələrdən gələn məhsullar da ciddi rəqabət yaradır. İlk mərhələdə əsas təsir rəqabətin artması olacaq. Əgər Ermənistan məhsulları daha aşağı qiymətlə bazara daxil olarsa, bu, yerli istehsalçıları qiymət, keyfiyyət və çeşid baxımından daha rəqabətli olmağa məcbur edə bilər. 

Bu, istehlakçı üçün müsbət nəticədir. Digər tərəfdən, xüsusilə eyni məhsulu istehsal edən Azərbaycan fermerləri və emal müəssisələri üçün müəyyən təzyiq yarana bilər. Məsələn, daxili bazarda pomidor, meyvə, tərəvəz və konserv məhsullarının təklifi artarsa, yerli istehsalçının satış qiymətinə təsir göstərə bilər.

Amma bunu yalnız təhlükə kimi qiymətləndirmək də doğru deyil. Rəqabət yerli istehsalçını məhsuldarlığı artırmağa, maya dəyərini azaltmağa, keyfiyyəti yüksəltməyə və daha yaxşı qablaşdırma və marketinq strategiyası qurmağa sövq edə bilər. Üstəlik, Azərbaycan şirkətləri üçün Ermənistan bazarına çıxış imkanlarının yaranması da balansı dəyişir.

Yəni proses yalnız “Ermənistan Azərbaycana nə satacaq?” sualı ilə deyil, “Azərbaycan Ermənistana nə sata və hansı xidmətləri göstərə bilər?” prinsipi ilə qiymətləndirilməlidir. Dövlət isə burada bazarı tam bağlamaq və ya yerli istehsalçını istənilən rəqabətdən qorumaq yolunu seçməməlidir. 

Əsas prinsip bərabər rəqabət, qida təhlükəsizliyi, keyfiyyət standartları və milli istehsalın strateji sahələrdə qorunması olmalıdır. Ermənistan məhsullarına siyasi səbəblərlə süni məhdudiyyət qoymaq nə iqtisadi baxımdan, nə də uzunmüddətli regional inteqrasiya baxımından faydalıdır.

Eyni zamanda yerli istehsalçının subsidiyalaşdırılmış və ya qeyri-bərabər şərtlərlə daxil olan xarici məhsul qarşısında müdafiəsiz qalmasına da yol vermək olmaz. Buna görə idxalın mərhələli şəkildə liberallaşdırılması, məhsulların mənşəyinin və keyfiyyətinin ciddi yoxlanılması, gömrük və sanitar prosedurlarının şəffaf aparılması daha düzgün yanaşma olar.

Xüsusilə kənd təsərrüfatında mövsümi qıtlıq və qiymət artımı zamanı idxalın artırılması istehlakçının maraqlarına xidmət edə bilər, yerli istehsalın kifayət etdiyi dövrlərdə isə bazarın kəskin şəkildə ucuz idxalla doldurulması istehsalçıya zərər vura bilər.

Ən vacib məsələ isə odur ki, Azərbaycan–Ermənistan ticarəti birtərəfli idxal kanalına çevrilməməlidir. Qarşılıqlı ticarət elə qurulmalıdır ki, həm Azərbaycan istehlakçısı daha çox seçim və münasib qiymət qazansın, həm yerli sahibkar rəqabət şəraitində inkişaf etsin, həm də Azərbaycan şirkətləri Ermənistan bazarına çıxış əldə etsin. Bu halda normallaşma sadəcə iki ölkə arasında mal mübadiləsini deyil, daha geniş regional iqtisadi əməkdaşlığı gücləndirə bilər".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see307

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see281

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see271

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see265

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see259

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see249

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see247

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see239

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see236

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see233

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see233

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see218

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see217

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see210

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see203

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see202

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see198

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see191

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri