Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Nuclear power stages comeback in global energy outlook OPEC

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Ermənilər çətin seçim qarşısında Bu dəfə kimin ətəyindən yapışsınlar?

Ermənilər çətin seçim qarşısında Bu dəfə kimin ətəyindən yapışsınlar?

Icma.az передает, что по данным сайта Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin İrəvanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə qoşulmağa çağırması təkcə Rusiyanın cari xarici siyasət doktrinasını əks etdirmir, həm də Ermənistanın Qərbə yönələn meylləri fonunda Moskvanın strateji narahatlığının siqnalıdır. Postsovet məkanının cənub cinahında müşahidə olunan ciddi təlatümlər fonunda Kreml erməni mövqeyini tam itirmək istəmir və bu kontekstdə ŞƏT yumşaq məcburetmə vasitəsi kimi əlverişli və çevik bir alət sayılır.

"Şanxay Əməkdaşlıq Təşkilatının işinə digər ölkələrin, o cümlədən, Ermənistanın qoşulmasını vacib sayırıq", - deyə Kopırkin bildirib. O, bu bəyanatla, geosiyasi sərhədlərini qorumaq üçün getdikcə daha çox diplomatik təzyiq alətlərinə müraciət edən bir dövlətin adından çıxış edib. Onun sözləri Rusiyanın Ermənistanın xarici siyasət kursuna nəzarəti qorumaq üçün həyata keçirdiyi ardıcıl strategiyanın tərkib hissəsidir. Bu isə, xüsusən də son dövrlərdə İrəvanın Avropa ilə fəallaşan təmasları fonunda daha da ön plana çıxır.

Səfirin bəyanatı, eyni zamanda, həm dəvət, həm xəbərdarlıq, həm də Rusiyanın İrəvanın Qərbə yönəlmək cəhdlərinin qarşısını almaq üçün ŞƏT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi platformalardan istifadə etməyə hazır olduğuna açıq-aşkar xatırlatmadır.

Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri 2015-ci ilə gedib çıxır. Həmin il ölkə dialoq üzrə tərəfdaş statusu alıb. Bu status 2016-cı ildə rəsmi şəkildə təsdiqlənsə də, sonrakı illərdə əməkdaşlıq əsasən formal xarakter daşıyıb. Dəyişiklik 2024-cü ilin iyununda baş verdi. Həmin vaxt baş nazir Nikol Paşinyan İrəvanda ŞƏT-in baş katibi Çen Minlə görüşdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi. İyulda isə Ermənistan müşahidəçi statusu almaq üçün rəsmi müraciət etdi. Bu istiqamətdəki dəyişikliklər təkcə xarici siyasət vektorlarının balanslaşdırılması istəyi ilə deyil, həm də obyektiv maraqlarla izah olunur.

Azərbaycan ərazilərinin 20 faizinin təqribən 30 il davam edən işğalına son qoyulması və İrəvanın Moskva ilə münasibətlərin xeyli soyumasından sonra Ermənistan beynəlxalq arenadakı mövqeyini yenidən nəzərdən keçirməyə çalışır. ŞƏT-ə qoşulmaq İrəvana Moskvadan asılı, incik müttəfiq imicindən çıxaraq, Avrasiya gücləri ilə əməkdaşlığa açıq, fəal regional aktora çevrilmək fürsəti verir.

Həmçinin, ŞƏT-ə üzvlük Ermənistanı Çin, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya bazarlarına çıxışla təmin edir. Bu isə yeni logistika və investisiya imkanları deməkdir. Xüsusilə də Aİİ-də üzvlüyün iqtisadi effektinin tədricən azalması fonunda bu daha da aktuallaşır.

ŞƏT Nizamnaməsinin 1-ci və 2-ci maddələrinə əsasən, təşkilatın əsas məqsədlərindən biri regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsidir. Azərbaycanın iqtisadi, siyasi, geosiyasi və geoiqtisadi imkanlarının fasiləsih artımı fonunda özünü zəif hiss edən Ermənistan üçün ŞƏT birbaşa təhlükəsizlik zəmanətləri təqdim etməsə də, Çin və İran kimi ölkələrin iştirakı ilə kollektv diplomatiya platforması rolunu oynaya bilər.

Moskva üçün Ermənistanın ŞƏT-də iştirakının genişləndirilməsi xoş niyyət jesti deyil, siyasi zərurət aktıdır. İrəvanın bu struktura cəlb edilməsi Rusiyanın Ermənistanı təsir dairəsində saxlamaq strategiyasının bir hissəsidir. Xüsusilə də KTMT xətti üzrə yaşanan uğursuzluqlar fonunda, bu məsələlər Ermənistan cəmiyyətində ciddi tənqidlərə səbəb olmuşdu.

Kopırkinin bəyanatında hələlik üstüörtülü, amma yetərincə sərt təhdid elementləri də sezilir: "Bizim mövqeyimiz ŞƏT-in öz fəaliyyətində rəhbər tutduğu prinsiplər, yəni çoxqütblü dünya prinsipləri ilə üst-üstə düşür". Burada "çoxqütblülük" anlayışı əslində anti-Qərb xəttinin şifrəli ifadəsidir və İrəvandan bu kursa açıq şəkildə sadiqlik gözlənilir.

Təzyiq mexanizmlərinin nələrdən ibarət ola biləcəyini təxminləmək üçün Rusiya baş nazir müavini Aleksey Overçukun səsləndirdiyi "iki stulda oturmaq mümkün deyil" ritorikasını, habelə Rodion Miroşnikin Ukrayna ilə bağlı gətirdiyi "Ukrayna çoxdan Konstitusiyasına Aİ və NATO-ya inteqrasiyanı yazıb... Düşünürəm ki, bu analoqlardan siyasətçilər nəticə çıxarmalıdır..." bənzətmələrini xatırlamaq yetər.

Beləliklə, ŞƏT-ə qoşulma Avropa inteqrasiyasına alternativ və Ermənistanın Aİİ və KTMT-dən çıxışına maneə kimi təqdim edilir.

Ermənistan-Avropa təmaslarının aktivləşməsi, o cümlədən Aİ ilə yeni saziş üzrə danışıqlar, Avropa Komissiyasının yardımı və Rusiyaya qarşı sanksiyalarla bağlı formal dialoqun başlanması, Ermənistanın ŞƏT-ə üzvlüyünü Qərb tərəfdaşlarının gözündə çətinləşdirir. "Aİİ və ya Aİ" dilemması getdikcə daha kəskin xarakter alır və Moskva İrəvandan konkret mövqe gözləyir.

Bu arada Qərb Ermənistanı post-sovet məkanında öz uğurlu siyasətinin potensial "vitrini" kimi nəzərdən keçirir. Амма dəstək resursu məhduddur və NATO-ya üzvlükdən fərqli olaraq, İrəvana heç kim ciddi təhlükəsizlik zəmanətləri vermir.

Mümkün ssenarilərə gəldikdə isə ŞƏT-ə açıq inteqrasiya və Aİ ilə formal dialoqun qorunması ən real kompromis variantdır. Qərbə doğru kəskin dönüş, Rusiya ilə münasibətlərin qırılması və Aİİ/KTMT-dən çıxışsa Moskvanın sərt reaksiyası riski ilə müşayiət olunan təhlükəli yoldur. Bloklar arasında balanslaşdırma isə manevr imkanını saxlayır, lakin xarici şəraitin pisləşməsi halında bu yanaşma uzunmüddətli ola bilməz.

Ermənistan tərəddüd edərkən, Azərbaycanla, Gürcüstan və Türkiyə daha aydın addımlar atır. 2024-cü ilin iyulunda Azərbaycan dialoq tərəfdaşından müşahidəçi statusuna keçmək üçün ŞƏT-ə rəsmi müraciət etdi. Bu addım Bakı tərəfindən beynəlxalq mövqelərinin genişləndirilməsi, Çinlə əlaqələrin dərinləşdirilməsi, xüsusilə Transxəzər marşrutu üzərindən Şərq-Qərb logistika koridorlarının möhkəmləndirilməsi strategiyasının tərkib hissəsidir.

Türkiyə isə öz növbəsində ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətini bəyan etdi ki, bu da Ankaranın Avroatlantik modeldən Avrasiya istiqamətinə yönəldiyini simvolik şəkildə göstərir. Prezident Ərdoğan bir daha vurğuladı: "ŞƏT alternativ deyil, tamamlayıcıdır və çoxqütblü dünyanın yeni reallıqlarını əks etdirir". Məzkur yanaşma faktiki olaraq Şərq və Qərb inteqrasiyaları arasındakı ideoloji sərhədləri yumşaldır və çevik diplomatik manevrlər üçün yeni imkanlar yaradır.

Əgər İrəvan kənarda qalarsa, əsas regional proseslərdən uzaq düşəcək və bu, onun siyasi subyektivliyini azaldacaq. Çünki Ermənistan coğrafi mövqeyinə görə ŞƏT-i regional dialoqun platformasına çevirmək imkanı əldə edə bilərdi, lakin vaxt itkisi onun əleyhinə işləyir. Ümumiyyətlə, unutmayaq ki, ŞƏT çərçivəsində Türkiyə, Azərbaycan, İran və Çin arasında mümkün yaxınlaşma bölgədə yeni təsir sisteminin formalaşmasına gətirib çıxara bilər ki, bu da Ermənistanı periferiyaya çevirə bilər.

Beləliklə, ŞƏT-də iştirak artıq ideoloji seçim deyil, praktiki zərurətdir. Söhbət regional təsir infrastrukturuna çıxışdan gedir. Bu sistemdə iştirak alət qazandırır, kənarda qalmaq isə marjinallaşmaya gətirib çıxarır.

Kopırkinin bəyanatı yalnız aysberqin görünən hissəsidir. Onun arxasında isə Rusiya, Qərb, Çin, Türkiyə və İran arasında XXI əsrdə Cənubi Qafqaza nəzarət uğrunda gedən daha genişmiqyaslı mübarizə dayanır.

Cənubi Qafqaz bu gün Şərq və Qərb arasında nəqliyyat qovşağı, enerji tranziti üçün mühüm dəhliz, həmçinin, rus, fars və türk sivilizasiyalarının strateji təmas zonasıdır.

Ermənistan bu regionda Rusiyanın son ənənəvi müttəfiqidir. Onun "ayrılması" Moskva üçün təkcə hərbi tərəfdaşın deyil, bütövlükdə geosiyasi cinahın itirilməsi deməkdir. Buna görə də Rusiya ŞƏT, KTMT və Aİİ kimi bütün inteqrasiya platformalarından çəkindirmə və məcburetmə alətləri kimi istifadə etməyə çalışacaq.

Bu arada, elə ŞƏT-in özü də transformasiya mərhələsindədir. O, regional təhlükəsizlik mexanizmindən genişmiqyaslı strateji əməkdaşlıq platformasına çevrilir. İranın 2023-cü ildə təşkilata qəbul olunması, Belarusun mümkün üzvlüyü və Türkiyənin müraciəti ŞƏT-i Qərb bloklarına alternativ qitəvi ittifaqa çevirmək üçün zəmin yaradır.

Ermənistan isə strateji seçim qarşısındadır: güc mərkəzləri arasında "boz zona"da qalmaq, yoxsa ideoloji çərçivələrin deyil, realizm və praqmatizmin üstünlük təşkil etdiyi yeni Avrasiya arxitekturasına inteqrasiya etməyə çalışmaq.

Rusiya açıq şəkildə bildirir: o, ŞƏT-i Ermənistanın Qərblə yaxınlaşmasının qarşısını almaq üçün daha bir baryer kimi görür. "İrəvanın yekun qərarı Rusiyanın maraqlarına uyğun olmalıdır" - Moskvanın səssiz ultimatumu belə səslənir.

Mövcud durumda Ermənistanın Aİ və ŞƏT arasında manevr cəhdləri Kreml tərəfindən, xüsusilə Ukrayna nümunəsi fonunda, Rusiya milli təhlükəsizliyi üçün təhdid kimi qəbul ediləcək. Lakin Şərqə - yəni ŞƏT-ə doğru açıq dönüş də risklər daşıyır. Ən başlıcası isə Moskva və Tehrana daha da artan asılılıqdır.

Ermənistan üçün mümkün çıxış yolu praqmatik və çevik siyasət ola bilər. Bu siyasətdə ŞƏT iqtisadi və siyasi platforma kimi istifadə olunur, Qərb isə islahatlar və demokratikləşmə sahəsində əsas tərəfdaş olaraq qalır.

Fəqət Aleksey Overçukun düzgün qeyd etdiyi kimi, "iki stulda uzun müddət oturmaq" mümkün deyil.

Cənubi Qafqaz yeni təsir zonalarının bölüşdürülməsi mərhələsinə qədəm qoyur. Və bu gün xarici siyasətdə müstəqillik yalnız bəyanatlarla deyil, strateji peşəkarlıqla müəyyən olunur. Ermənistan bu təzyiqə tab gətirə və öz unikal mövqeyindən fayda çıxara biləcəkmi - bunu artıq yaxın bir il göstərəcək.

İrəvanın düşünmək üçün vaxtı sürətlə tükənir.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:56
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 05 Апреля 2025 10:49
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see378

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see343

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see308

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see285

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see266

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see210

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see198

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see194

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see179

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see169

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see159

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see156

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see148

Взрывы в Киеве

12 Июля 2025 00:44see142

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see142

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see141

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see141

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see140

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see139

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see139
newsПоследние новости
Самые свежие и актуальные события дня