Ermənistan Avrasiya İqtisadi Birliyinin hesabatı ilə razı deyil
Ayna saytına istinadən Icma.az xəbər verir.
Nikol Paşinyan: “Həmkarlarımıza fikir ayrılığımızı müntəzəm olaraq bildirəcəyik"
“Ermənistan Avrasiya İqtisadi Birliyinin hesabatı ilə razılaşmadığını müntəzəm olaraq bildirəcək”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib: "Biz AİB hesabatını nəzərdən keçirdik, onun nəticələrinin əhəmiyyətli bir hissəsi ilə tamamilə razı deyilik və həmkarlarımıza da fikir ayrılığımızı müntəzəm olaraq bildirəcəyik".
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurası üzvlərinin hesabatında bildirilib ki, AİB müqaviləsinin tərəfləri, beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə və xüsusən də 23 may 1969-cu il tarixli Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli AİB haqqında müqavilənin müvəqqəti olaraq dayandırılması barədə birgə qərar qəbul etmək hüququna malikdirlər.
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan olan Avrasiya Hökumətlərarası Şurasının üzvləri İrəvanın Avropa İttifaqına inteqrasiya müzakirələri ilə əlaqədar olaraq AİB müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat təqdim ediblər. Sənəd baxılmaq üçün Ali Avrasiya İqtisadi Şurasının (AİŞ) üzvlərinə və Birliyin dövlət başçılarına təqdim ediləcək. AİŞ-in növbəti iclası 2026-cı ilin dekabr ayında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Noyabr 2026 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















