Ermənistan hökuməti buna heç zaman getməz Qafar Çaxmaqlıdan diqqətçəkən AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Rusiya ilə viza rejimi tətbiq edəcəyi təqdirdə bunun ilk növbədə Ermənistan vətəndaşlarına zərər verəcəyini bildirib. O qeyd edib ki, belə qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir göstərəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistanın Rusiyaya qarşı viza rejimi tətbiq etməsi məsələsi Ermənistan cəmiyyətindən gələn bir siqnala əsasən deyilir. Onun sözlərinə görə, Ermənistanda da belə məsələlərdən danışılır, ayrı-ayrı çevrələrdə müzakirələr aparılır:
"Guya Ermənistan Rusiyanın Ermənistana tətbiq etdiyi son zamanlar müəyyən mənada təzyiqlərin qarşısını almaq üçün belə bir məsələ ortaya atır. Bunun heç bir əsası yoxdur. Hökumətin proqramında da qonşu dövlətlərlə viza məsələsi müzakirə edilmir. Əksinə, bəzi Avropa ölkələri ilə vizasız gediş-gəlişin tətbiq olunması məsələsi ortaya çıxır. Rusiyaya viza tətbiq edilməsi Ermənistanın özünün təcrid siyasəti olardı. Hökumət buna heç zaman getməz. Rusiya ilə bağlı tətbiq ediləcək bəzi məqamlar var, amma bəzi məsələlər viza ilə bağlı ola bilməz. Əgər belə bir addım atılarsa, Rusiya ilə münasibətlərin daha da kəskinləşməsi və arzuolunmaz halların baş verməsi mümkündür. Rusiya ilə Ermənistan arasında münasibətlər gərgindir. Bu, Bişkekdə Paşinyan-Putin görüşündə də ortaya çıxdı. Paşinyan da təklif etdi ki, Moskvaya səfər etsin və orada Ermənistanla bağlı bir çox məsələlərə aydınlıq gətirilsin. Əsas məsələ Rusiyanın narazılığının Ermənistanın Avropa İttifaqına yönəlik siyasi kursunun dəyişməsi ilə bağlı olmasıdır".
Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan parlamentində Avropa İttifaqına daxil olmaqla bağlı qanun qəbul edilib və bu qanun gələcəkdə Avrasiya İqtisadi İttifaqından çıxması ilə nəticələnə bilər:
"Rusiya da tələb edir ki, Ermənistan ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçsin. Bununla əlaqədar Rusiya-Ermənistan münasibətlərində müxtəlif məsələlər, o cümlədən viza məsələsi ortaya atılır. Mənə elə gəlir ki, gələcəkdə Rusiya ilə Ermənistan arasında gediş-gəlişə viza tətbiq edilməsinin heç bir əsası olmayacaq. Bu, mümkün görünmür və ortaya atılmış təxribatçı addımlardan biridir. Bundan da siyasətçilər, o cümlədən Mariya Zaxarova ustalıqla istifadə edir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















