Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Nuclear power stages comeback in global energy outlook OPEC

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Ermənistanın güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir ŞƏRH

Ermənistanın güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir ŞƏRH

Icma.az сообщает, что по информации сайта Day.az.

Qərbin Azərbaycan və Ermənistan məsələlərindəki fərqli yanaşmaları uzun müddətdir ki, regionda ciddi müzakirə mövzusudur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən hər hansı kiçik hadisə ilə bağlı məsələ dərhal Qərb institutlarının, o cümlədən, Avropa Şurası (AŞ), ATƏT, "Amnesty International" kimi təşkilatların diqqət mərkəzinə düşür, bu qurumlar adətən sürətlə bəyanatlar yayır, "tənqidlər" səsləndirirlər:

"Lakin Ermənistanda baş verən oxşar, hətta daha ağır hadisələr - məsələn, etirazçılara qarşı polis zorakılığı, seçki saxtakarlıqları və ya siyasi məhbuslarla bağlı problemlər - çox vaxt ya görməzdən gəlinir, ya da yumşaq şəkildə qeyd olunur. Bu, Qərbin regionda ikili standartlar tətbiq etdiyi təəssüratı yaradır.

Bu fərqli davranışın kökləri bir neçə amildə axtarılmalıdır. Birincisi, Ermənistan Qərb tərəfindən "dost ölkə" kimi qəbul edilir və geosiyasi maraqlar baxımından Rusiyaya alternativ kimi dəstəklənir. Azərbaycan isə neft-qaz resurslarına malik olması və müstəqil xarici siyasət yürütməsi səbəbindən daha çox təzyiq altında saxlanılır. Qərb institutları Azərbaycanı hədəfə gətirərək, öz dəyərlərini regionda tətbiq etməyə çalışır. Lakin Ermənistandakı antidemokratik təcrübələrə göz yumulması bu təşkilatların etibarlılığına xələl gətirir. Məsələn, Ermənistanda 2020-ci ildən bəri etirazçılara qarşı tətbiq olunan zorakılıq və ya jurnalistlərə qarşı təzyiqlər nadir hallarda beynəlxalq təşkilatların gündəminə düşür".

"Bundan əlavə, Qərbin Ermənistana dəstəyi tarixi və mədəni amillərlə də bağlıdır. Ermənistan diasporasının Qərb ölkələrindəki güclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyi şərtləndirir. 44 günlük müharibədən sonra Azərbaycanın haqlı mövqeyi belə Qərbin bəzi dairələrində tənqid olundu, Ermənistanın isə işğalçı siyasəti çox vaxt pərdə arxasında qaldı.

Bu ikili standartlar regionda Qərb institutlarının nüfuzuna kölgə salır. Azərbaycan cəmiyyətində bu təşkilatlara inam tam azalır, çünki onların obyektivliyi şübhə altına düşür. Ermənistanda baş verən insan hüquqları pozuntularına susqunluq isə Qərbin regionda geosiyasi maraqlarını demokratik dəyərlərdən üstün tutduğunu göstərir. Bu vəziyyət Azərbaycanın xarici siyasətində daha müstəqil mövqe tutmasına səbəb olur, eyni zamanda, region ölkələri arasında ədalətsiz rəqabət mühiti yaradır. Nəticədə, Qərb təşkilatlarının regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, onların fəaliyyəti daha çox gərginlik və qeyri-bərabərlik hissi doğurur", - T.İsmayılov deyib.

Politoloq İ.Hüseynov isə Trend-ə bildirib ki, dünya siyasətində qərəzlilik və ikili standartlar özünü açıq-aydın şəkildə göstərir:

"Ermənistana münasibətdə də bu görünür. Xüsusilə 2018-ci ildən bəri hakimiyyətdə olan Nikol Paşinyanın ölkə daxilində həyata keçirdiyi kəskin və sərt siyasət qərb mediasında əks olunmur, ya da buna göz yumulur. Bu da ikili standartın bir göstəricisidir. Digər dövlətlərdə kiçik bir hadisə tirajlanır, manşetlərə çıxır və geniş müzakirə predmetinə çevrilir. Lakin biz Ermənistanda müxtəlif nümayişlərin kəskin şəkildə polis amansızlığı və şiddəti ilə yatırılmasının ayrı-ayrı media orqanlarında işıqlandırılmasının şahidi olmuruq. Bu da onu deməyə əsas verir ki, bu gün media böyük bir gücə çevrilib.

Böyük media orqanlarının özlərinin siyasəti formalaşdırması, dirijorluq etməsi, yön göstərməsi xüsusilə seçilir. İnformasiya, dördüncü sənaye inqilabı, sosial şəbəkələr fenomeni kontekstində həm də müxtəlif dövlətlərin himayə edilməsi, dəstək göstərilməsi və əksi olaraq ayrı-ayrı dövlətlərdə xırda bir hadisənin şişirdilərək, təqdim edilməsi prosesi baş verir".

"Azərbaycan ikili standartları üzərində ən çox görən dövlətlərdən biridir. Buna görə də məhz elə Azərbaycan kimi dövlətlərə böyüdücü şüşə altında baxırlar və adi neqativ məsələləri şişirtməyə can atırlar. Ermənistan isə himayə olunur, dəstək alır. Bu da, əlbəttə ki, informasiya müharibəsində Azərbaycanın əleyhinə işləyən amildir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan informasiya blokadasını yarıb və bir sıra mövqelərdə də üstünlük əldə edib. Hesab edirəm ki, postmüharibə reallıqlarında da Azərbaycan informasiya cəbhəsində öndə olmalı, prosesləri qabaqlamalı, preventiv tədbirlər həyata keçirməlidir ki, bizə qarşı hansısa kəskin mövqe formalaşmasın".

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:110
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 27 Июня 2025 15:37
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see379

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see344

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see311

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see287

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see267

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see211

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see199

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see195

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see179

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see170

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see161

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see157

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see149

Взрывы в Киеве

12 Июля 2025 00:44see142

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see142

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see141

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see141

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see140

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see139

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see139
newsПоследние новости
Самые свежие и актуальные события дня