Icma.az
close
up
RU
Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Humanitar minatəmizləmə yalnız texniki proses deyil, təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və insanların öz doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin olunması üçün əsas şərtlərdən biridir. Bu sahədə tətbiq olunan texnologiyaların əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaq, qeyri-müəyyənliyi azaltmaq və daha düzgün qərarların qəbuluna imkan yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” mövzusunda panel sessiyada çıxışı zamanı Türkiyə Müdafiə Nazirliyinin Minalarla Mübarizə Mərkəzinin şöbə müdiri Fatih Yel deyib.

O bildirib ki, humanitar mina fəaliyyəti yenidənqurma işlərindən əvvəl həyata keçirilməli olan adi texniki proses kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, minatəmizləmə təhlükəsiz məskunlaşmanın ilk mərhələsidir. Yol, məktəb, xəstəxana, enerji obyekti, su xətti və ya yaşayış layihəsinin təhlükəsizliyi ərazinin etibarlı şəkildə tədqiq edilməsindən, təmizlənməsindən, keyfiyyət təminatı və nəzarətindən keçirilməsindən, eləcə də istifadəyə açılmasından asılıdır.

Fatih Yel vurğulayıb ki, humanitar minatəmizləmədə qabaqcıl texnologiya yalnız texniki xüsusiyyətləri yüksək olan sistem demək deyil. Əsas meyar personalı partlayış təhlükəsindən uzaqlaşdırmaq, qeyri-müəyyənliyi azaltmaq, düzgün qərar qəbulunu dəstəkləmək və tapşırıqların daha təhlükəsiz yerinə yetirilməsinə imkan yaratmaqdır.

Bildirilib ki, mina fəaliyyətinin səmərəliliyi istifadə olunan sensorların, robotların və ya alqoritmlərin sayı ilə deyil, insanların təhlükədən nə dərəcədə uzaqlaşdırılması, ərazilərin nə qədər etibarlı şəkildə istifadəyə açılması, vaxta və resurslara qənaət edilməsi ilə ölçülməlidir.

O, hərbi mina əleyhinə tədbirlərlə humanitar minatəmizləmə arasındakı fərqə də diqqət çəkib. Bildirib ki, hərbi əməliyyatlarda əsas məqsəd bölmələrin hərəkətini təmin etmək üçün müəyyən marşrutun sürətlə açılmasıdır. Humanitar minatəmizləmədə isə əsas hədəf ərazinin sənədləşdirilmiş, keyfiyyət təminatı prosedurlarından keçirilmiş və daimi istifadəyə yararlı vəziyyətə gətirilməsidir.

Onun sözlərinə görə, texnologiyaların humanitar sahədə tətbiqi onların mövcud imkanlarının birbaşa istifadəsi ilə məhdudlaşmamalıdır. Bu texnologiyalar humanitar prinsiplərə, beynəlxalq mina fəaliyyəti standartlarına, milli qanunvericiliyə, yerli ətraf mühit şəraitinə və zərər çəkmiş əhalinin ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Fatih Yel qabaqcıl texnologiyaların humanitar minatəmizləməyə töhfəsini üç əsas istiqamətdə qruplaşdırıb. Onun sözlərinə görə, birinci istiqamət təhlükəli və ya şübhəli əraziyə daxil olmadan əvvəl həmin ərazi haqqında daha ətraflı məlumat əldə etməkdir. Bu məqsədlə peyk görüntüləri, pilotsuz uçuş aparatları, yüksək ayırdetməli kameralar və digər qabaqcıl görüntüləmə sistemlərindən istifadə oluna bilər. İkinci istiqamət insanı fiziki olaraq təhlükədən uzaqlaşdırmaqdır. Uzaqdan idarəolunan yerüstü vasitələr, robototexnika, mexaniki təmizləmə sistemləri, məsafədən diaqnostika və zərərsizləşdirmə texnologiyaları personalın təhlükəyə birbaşa məruz qalmasını əhəmiyyətli dərəcədə azalda bilər. Məqsəd insanı minatəmizləmə prosesindən kənarlaşdırmaq deyil, təhlükəli və fiziki risk daşıyan işlərdə onun təhlükəyə məruz qalmasını minimuma endirməkdir. Üçüncü istiqamət isə toplanan məlumatların daha düzgün qərarlara çevrilməsidir. Süni intellekt əsaslı təhlil, təhlükəsiz rabitə sistemləri, coğrafi məlumat bazaları və rəqəmsal tapşırıq idarəetməsi ərazilərin prioritetləşdirilməsi, uyğun metodların seçilməsi və resursların düzgün bölüşdürülməsi ilə bağlı qərarların qəbuluna dəstək verə bilər. O qeyd edib ki, bu üç istiqamət bir-birini tamamlayır: Əvvəlcə təhlükəli ərazi barədə mümkün qədər çox məlumat əldə edilir, daha sonra insanın təhlükəyə fiziki məruz qalması azaldılır və əldə olunan məlumatlar daha səmərəli qərarların qəbulunda istifadə olunur.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Azər İbrahimov

Videooperator - İlham Nadirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri