Federasiya prezidenti: “Avropa çempionatına ev sahibliyi Azərbaycanda bilyardın inkişafına böyük töhfə verəcək”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ölkəmizdə keçirilən nüfuzlu bilyard turnirləri Azərbaycanda bu idman növünün inkişafına böyük töhfə verəcək”.
Bu sözləri Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov Bakının ev sahibliyi etdiyi Avropa Kuboku və Avropa çempionatı barədə danışarkən deyib.
O, qitə çempionatının Azərbaycanda ikinci dəfə təşkil olunduğunu xatırladıb.
“Bu mötəbər turnir Azərbaycanda ilk dəfə 2008-ci ildə baş tutmuşdu. Çempionatdan fərqli olaraq, ölkəmiz Avropa Kubokuna ilk dəfədir ev sahibliyi etdi və yarışlara ötən gün uğurla yekun vuruldu. Yarışlarda 13 ölkədən 130-dən artıq idmançı mübarizə aparır”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Seymur Məmmədov Avropa çempionatında güclü idmançıların iştirak etdiyini vurğulayıb:
“Yarışda dünya və Avropa çempionları qüvvələrini sınayırlar. Qazaxıstan, Ukrayna və digər güclü bilyard məktəblərinə malik ölkələrin idmançıları Bakıya gəliblər. Buna görə də çempionatın rəqabətli keçəcəyini gözləyirik”.
Federasiya rəhbəri mötəbər yarışların Azərbaycan bilyardının inkişafı baxımından əhəmiyyətini də qeyd edib:
“İnanıram ki, bu turnirlər ölkəmizdə bilyardın inkişafına böyük töhfə verəcək. Məqsədimiz bu idman növünə marağı artırmaq, gənclərin bilyarda cəlb olunmasına şərait yaratmaq və beynəlxalq yarışların keçirilməsi ilə idmançılarımızın təcrübəsini zənginləşdirməkdir”.
Qeyd edək ki, Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçirilib. Ötən gün start götürən qitə çempionatı isə iyulun 12-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 İyul 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















