Fənərbağça dan transfer bombası : 50 milyona ulduz futbolçu aldı, 10 milyon maaş alacaq
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyənin "Fənərbağça" klubu İngiltərə futbolunun tanınmış simalarından Mason Qrinvud transferini yekunlaşdırr.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul təmsilçisi futbolçu ilə şəxsi müqavilənin bütün şərtləri üzrə razılıq əldə edib. Tərəflərin illik 10 milyon avro əməkhaqqı və əlavə uğur bonuslarını əhatə edən razılaşma əldə etdiyi bildirilir.
Hazırda "Fənərbağça" ilə "Olimpik Marsel" arasında transferin maliyyə detalları üzrə son danışıqlar aparılır. Bonuslarla birlikdə transferin ümumi dəyərinin 50 milyon avroya yaxın olacağı qeyd edilir. Klub eyni zamanda "Mançester Yunayted"in növbəti satışdan əldə edəcəyi 40 faizlik payla bağlı məsələləri də həll etməyə çalışır.
Bildirilir ki, Fransa klubu ilə yekun razılıq əldə olunduqdan sonra ason Qrinvud "Fənərbağça" ilə 1 il uzadılma şərti olan 4 illik müqaviləyə imza atacaq.
Transfer hazırlıqları çərçivəsində İstanbul klubunun futbolçu üçün Beykoz bölgəsində yaşayacağı evi də artıq müəyyənləşdirdiyi və bununla bağlı müqavilənin bu gün rəsmiləşdirildiyi vurğulanır.
Tərəflər arasında danışıqların son mərhələyə çatdığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 İyul 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















