Fərid Qayıbov və Rəşad İsmayılovun iştirakı ilə Bakıda 1300 ağac əkilib FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Müşfiqabad qəsəbəsində Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Zəfər nəsli” ağacəkmə aksiyası keçirilib.
İdman.Biz xəbər verir ki, noyabrın 5-də Gənclər və İdman Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 200-dən çox gənc iştirak edib.
Aksiyaya ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və gənclər və idman naziri Fərid Qayıbov da qatılıblar.
Tədbir çərçivəsində ümumilikdə 1300 ağac əkilib.
“Zəfər nəsli” aksiyasının əsas məqsədi Zəfər tariximizi gələcək nəsillərə çatdırmaq, gənclərdə ekoloji məsuliyyət hissini gücləndirmək və onları ətraf mühitin qorunmasında fəal iştiraka təşviq etmək olub.
Təşəbbüs həmçinin ərazinin yaşıllaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 Noyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















