Fon der Leyen Tuska dəstək olaraq Polşa prezidenti ilə mətbuat konfransından imtina etdi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Polşada Baş nazir Donald Tuska dəstək ifadə etmək üçün prezident Karol Navrotski ilə keçirilməsi nəzərədə tutulan birgə mətbuat konfransında iştirak etməkdən imtina edib.
Moderator.az xəbər verir ki, Fon der Leyen cümə axşamı günü Polşa, Çexiya, Slovakiya və Macarıstan prezidentlərinin Slovakiyanın Trençin şəhərində keçirilən görüşündən sonra jurnalistlərə müraciət etməli idi. Avropa Komissiyasının sədri əvvəlcə görüşdə ümumiyyətlə iştirak etməməyi planlaşdırmışdı, lakin mənfi reaksiyadan qorxaraq fikrini dəyişmişdi.
Bunun əvəzinə, o, Tuska dəstək olmaq və Avropa Birliyinin Navrotskinin mövqeyini bəyəndiyi təəssüratını yaratmamaq üçün mətbuat konfransında iştirak etməmək qərarına gəldi.
Lakin Avropa Komissiyasının sözçüsü Paula Pinault bildirib ki, fon der Leyenin iştirak etməməsi uzun müddətdir davam edən cədvəl problemi ilə əlaqədardır və Polşadakı son hadisələrlə heç bir əlaqəsi yoxdur.
Oktyabrın 31-də Tusk Navrotski və ölkənin keçmiş prezidenti Anjey Dudanı Polşada hüququn aliliyini məhv etməkdə ittiham edib. O, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla bağlı məsələdə kompromisə getməyəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 05 Noyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















