Icma.az
close
up
RU
Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən.

Qayanrinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən. Bu zaman istər-istəməz insanın harada daha gözəl göründüyü – güzgüdə, yoxsa real həyatda – və hansı görüntünün həqiqətə daha yaxın olduğu sualı yaranır.

İnsan əslində necə görünür və hansı daha doğrudur: Güzgü, yoxsa foto?

“Popular Science” nəşrinin müəllifləri insanın real həyatda güzgüdəki kimi, yoxsa fotodakı kimi göründüyünü araşdırmağa çalışıblar.

Eplinin sözlərinə görə, cavabın bir hissəsi sadə fizika qanunlarında gizlənir. Güzgü üzünüzün tərs çevrilmiş görüntüsünü göstərir, foto isə bunu etmir. Demək olar ki, hər bir insanın üzündə müəyyən, çox cüzi asimmetriya var: bir göz digərindən bir qədər yuxarıda yerləşir, ağızın bir tərəfinin forması digər tərəfdən bir qədər fərqlənir. Aktyorlar bəzən “yaxşı tərəflərinin” olduğunu deyirlər və bunun müəyyən qədər həqiqət payı ola bilər. Güzgüyə baxarkən bu asimmetriyanı tərs çevrilmiş formada hər gün, minlərlə dəfə görürük.

Bəs niyə tərs çevrilmiş görüntü zaman keçdikcə bizə “daha doğru” görünməyə başlayır? Psixoloqlar bunu “sadə məruz qalma effekti” adlandırırlar. Çikaqo Universitetinin But Biznes Məktəbinin davranış elmləri üzrə mütəxəssisi doktor Nikolas Epliyə görə, bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir şeylə nə qədər çox qarşılaşırıqsa, o bizə bir o qədər xoş gəlir, çünki həmin görüntü bizim üçün tanış olur.

İtaliyadakı Messina Universitetinin koqnitiv nevrologiya kafedrasının dosenti doktor Valentina Kassatzo bildirib: “Demək olar ki, bütün üzlər müəyyən dərəcədə asimmetrik olduğundan, tərs çevrilməmiş fotoda üz cizgilərinin nisbi yerləşməsi dəyişir. Bu da görüntünün başqalarına tamamilə normal görünməsinə baxmayaraq, bizə bir qədər yanlış təsir bağışlaya bilər".

Epli də bu fikirlə razılaşır: “Gündəlik həyatda başqalarının gördüyünün tam əksini görməyə alışırıq".

Yəni insan daim “Niyə güzgüdə daha yaxşı görünürəm?” deyə düşünürsə, bir faktı qəbul etməlidir: güzgüdəki görüntünün tanış olması onun psixoloji baxımdan daha asan qavranılmasına şərait yaradır. Güzgüdəki əksiniz xoşunuza gələ bilər, amma digər insanlar sizi fərqli şəkildə görür.

Lakin Kassatzo hesab edir ki, hərəkətsiz foto ilə güzgüdəki görüntü arasındakı fərqlər sadəcə görüntünün sağdan sola çevrilməsindən daha mürəkkəbdir.

“Güzgüyə baxmaq dinamik və interaktiv prosesdir: biz hərəkət edir, üz ifadəmizi dəyişir və özümüzə baxdığımız bucağı seçirik. Foto isə saniyənin kiçik bir hissəsini qeydə alır və çox vaxt işıqlandırma, kameraya olan məsafə və obyektiv kimi adətən özümüzün seçmədiyimiz şərtlər altında çəkilir”, deyə o bildirib.

Beləliklə, fotoya baxarkən yaranan xoşagəlməz hiss böyük ehtimalla yalnız görüntünün tərs çevrilməsi ilə bağlı deyil. Bu hiss fotoda qeydə alınmış ani və statik görüntü ilə hər gün güzgüdə gördüyümüz canlı, üçölçülü görüntü arasındakı fərqdən də qaynaqlana bilər.

Foto, yoxsa güzgü daha doğrudur və burada psixologiyanın rolu nədir?

Epli foto ilə güzgüdən hansının daha doğru görüntü verdiyini müəyyənləşdirmək üçün öz araşdırmalarını da aparıb. Təcrübələrdən birində onun komandası iştirakçıların kameraya baxdığı neytral fotolar çəkib. Daha sonra rəqəmsal texnologiyalardan istifadə etməklə hər bir foto dəyişdirilib və ya olduqca cəlbedici, ya da çoxsaylı üzlərin ortalama görüntüsünə yaxın, yaxud çox cəlbedici olmayan üz yaradılıb.

Hər iştirakçı üçün müxtəlif səviyyələrdə qarışdırılmış 11 variant hazırlanıb. Daha sonra iştirakçılardan həqiqətən özlərinə aid olan görüntünü seçmələri istənilib.

Epli deyir: “Orta hesabla insanlar öz üzlərindən daha cəlbedici göründüyünü düşündükləri üzü seçməyə meyilli idilər".

Lakin Epli əldə olunan nəticələri şişirtməməyə çağırır: “Birbaşa yoxlamadığımız alternativ izahlar da mövcuddur".

O əlavə edib ki, iştirakçılar laboratoriya şəraitində neytral üz ifadəsi ilə fotoşəkilləndiriliblər. Bu isə insanların gündəlik həyatda güzgüdə və ya telefonla çəkilən fotolarda necə göründüyü ilə tam uyğun gəlmir.

“Bəlkə də fotolarınızda daha çox gülümsəyirsiniz və bu, laboratoriyada çəkdiyimiz şəkildən daha müsbət təəssürat yaradır”, deyə Epli bildirib.

Kassatzo öz araşdırmalarında bu konsepsiyanı daha da inkişaf etdirib. Onun komandası iştirakçı qadınların üzlərini dodaq və yanaq nahiyəsinə dolğu kimi kosmetik prosedurlar etdirən tanımadıqları qadınların görüntüləri ilə müqayisə edib. Daha sonra insanlardan hansı üzün özlərinə aid olduğunu müəyyənləşdirmələri istənilib.

“Biz müəyyən etdik ki, qısa müddətli baxış zamanı iştirakçılar üzün tərkibində başqa bir insana aid əhəmiyyətli miqdarda məlumat olsa belə, həmin görüntünü özlərinə aid hesab etməyə davam edirdilər”, deyə Kassatzo bildirib.

Onun sözlərinə görə, bu, hər kəsin zehnində özünün daha gözəl portretinin formalaşdığını sübut etmir. Daha geniş mənada nəticələr göstərir ki, insanın öz üzü ilə bağlı təsəvvürü çevikdir və xüsusilə sürətli, çox düşünülmədən verilən qiymətləndirmələr zamanı başqa insanların müsbət qiymətləndirilən xüsusiyyətlərini də özündə birləşdirə bilər.

Tanış olduğumuz üzlə başqalarının gördüyü üzün müqayisəsi xoşagəlməz ola bilər. Lakin Eplinin sözlərinə görə, bunun müsbət tərəfi də var. Sizin üçün qəribə və hətta xoşagəlməz görünən tərs çevrilməmiş görüntü ətrafınızdakı insanlar üçün sizin güzgüdə gördüyünüz əksiniz qədər tanış və bəlkə də eyni dərəcədə cəlbedicidir.

“Bəlkə də bu görüntü sizin xoşunuza gəlmir. Amma digər insanlar onu daim görürlərsə, çox güman ki, onlar üçün bu görüntü sizə güzgüdəki əksinizdən daha xoş gəlir. Bunun təsəlliverici tərəfi var”, deyə Epli bildirib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri