Fransada qiymətlərin artmasına qarşı kütləvi etirazlar davam edir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib.
APA xəbər verir ki, “Associated Press”in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarlar ittifaqları isə təxminən 1,6 milyon nəfər göstərib.
Etirazçılar əməkhaqqılarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, təhsil sisteminə daha çox vəsait ayrılmasını və yaşayış xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb ediblər.
Parisdə nümayişlər iğtişaşlara çevrilib, polis gözyaşardıcı qazdan istifadə edib. Hakimiyyət ictimai asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm cəlb edib. Aksiyalar ictimai nəqliyyatın və məktəblərin fəaliyyətində də fasilələrə səbəb olub.
Qeyd edək ki, etirazlar sentyabr ayında başlayıb. Sonradan bahalaşma, aşağı əməkhaqqıları və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi ilə bağlı narazılıqlar da aksiyalara əlavə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 05 Noyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















