G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
G20 ölkələri süni intellekt (Sİ) texnologiyalarının beynəlxalq ticarətin inkişafına və lazımsız qeyri-tarif maneələrinin aradan qaldırılmasına kömək edə biləcəyini hesab edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində keçirilən G20 ölkələrinin innovasiyalar üzrə nazirlər görüşünün yekunlarına dair konsensus əsasında qəbul edilmiş bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Sİ hökumətlərə beynəlxalq ticarəti daha səmərəli təşkil etməyə, tənzimləyici prosesləri sadələşdirməyə, lazımsız qeyri-tarif maneələri azaltmağa və ticarət tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsinə imkan verə bilər.
G20 ölkələri innovasiyaları dəstəkləmək və süni intellektdən istifadə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə təhlükəsiz və etibarlı Sİ modellərinə çıxışın təmin edilməsinə yardım göstərməyə çağırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Sentyabr 2026 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















