Icma.az
close
up
RU
Gömrük Komitəsi şirkət barəsində protokol tərtib etdi

Gömrük Komitəsi şirkət barəsində protokol tərtib etdi

"Uni Ko" QSC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Emin Rüstəmovun icraatındadır.

Qeyd: Şirkətin qanuni təmsilçisi Elçin Muxtar oğlu Axundovdur.

Xəyal Quliyev

seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri