Icma.az
close
up
RU
“Güclü ümid Sağlam gələcək” Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

“Güclü ümid Sağlam gələcək” Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Günü münasibətilə maarifləndirici konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “Güclü ümid – Sağlam gələcək” layihəsi çərçivəsində reallaşdırılıb.

Konfransın əsas məqsədi cəmiyyətdə leykemiya ilə bağlı məlumatlılığın artırılması, erkən diaqnostikanın və vaxtında müalicənin rolunun diqqətə çatdırılması, həmçinin xəstəliklə üzləşən şəxslərə və onların ailələrinə mənəvi dəstək göstərilməsidir.

Tədbirdə çıxış edən “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, leykemiya yalnız tibbi deyil, ailə, cəmiyyət və dövlət səviyyəsində həmrəylik tələb edən sosial məsələdir. O, dövlətin sosial siyasətində vətəndaşların sağlamlığının qorunması, xəstəliklərlə üzləşən şəxslərin dövlət qayğısı ilə əhatə olunması və sosial müdafiəsinin gücləndirilməsinin mühüm istiqamətlərdən olduğunu vurğulayıb.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova leykoz diaqnozunun insanlar üçün tibbi və psixoloji baxımdan ciddi sınaq olduğunu deyib. Onun sözlərinə görə, bu səbəbdən cəmiyyətin xəstəlik barədə düzgün məlumatlandırılması, pasiyentlərə və onların yaxınlarına anlayışla yanaşılması önəmlidir. Mehriban Bağırova qan və qan komponentlərinə ehtiyacı olan pasiyentlər üçün könüllü donor dəstəyinin də mühüm rol oynadığını qeyd edib, qanvermə mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli leykemiya diaqnozu təyin olunan xəstələrə və onların ailələrinə dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət tərəfindən kompleks dəstəyin göstərilməsinin vacib olduğunu söyləyib. Deputat, həmçinin səhiyyə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə toxunaraq, tibbi xidmətlərin əlçatanlığının artırılması və icbari tibbi sığorta çərçivəsində imkanların genişləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb. O, eyni zamanda, QHT-lərin, media nümayəndələrinin və vətəndaş cəmiyyətinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Günay Ağamalı leykemiya və digər onkoloji xəstəliklər zamanı erkən müdaxilənin əhəmiyyətini vurğulayıb. O, bu diaqnoz qoyulan uşaqların və onların valideynlərinin mənəvi və psixoloji baxımdan dəstəklənməsinin vacibliyini önə çəkib.

Konfransda “Güclü ümid – Sağlam gələcək” sosial-maarifləndirici videoçarxının təqdimatı da keçirilib. Bildirilib ki, videoçarxda xəstəliklə mübarizədə ümidin, iradənin və həyata inamın gücü əks olunub.

Müxbir- Lalə Minasazova

Fotoqraf- İlkin Cavanşirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri