Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.
AZXEBER.COM-un"Report”a istinadla xəbərinə görə, XİN-dən "Aktual.ge”yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl "Report”un yerli bürosu Gürcüstan ərazisində tranzit yük daşıyan bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldığını, onlara saxlanılmanın səbəbi ilə bağlı rəsmi izahat verilmədiyini, sənədlərinin götürüldüyünü və yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim etdiyini xəbər verib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
AZXEBER.COM-un"Report”a istinadla xəbərinə görə, XİN-dən "Aktual.ge”yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.
"Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib”, – açıqlamada qeyd olunub.
Nazirlik bildirib ki, daxil olan məlumat dərhal aidiyyəti dövlət qurumlarına göndərilib.
"Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, – XİN-in açıqlamasında vurğulanıb.
Bu mövzuda digər xəbərlər:XİN rəhbəri: Gürcüstan hər zaman Azərbaycanın yanındadır
26 Dekabr 2024 14:39
Azərbaycanın diplomatik notasından sonra Gürcüstan XİN dən açıqlama
06 Avqust 2026 23:24
Gürcüstan ABŞ münasibətlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür
05 Mart 2026 13:21
525ci qəzet Gürcüstan XİN rəhbəri: Hər zaman Azərbaycanın yanındayıq
26 Dekabr 2024 14:52
Azərbaycan XİN: Təcili tədbirlər görülür
25 Dekabr 2024 14:47
Baxış sayı:70
Bu xəbər 06 Avqust 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















