Hakan Kılıç: Azərbaycan və Türkiyə mediası manipulyasiyalara qarşı diqqətli olmalıdır
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə mediasının Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərlə tanış olub, bölgədə aparılan bərpa və quruculuq işlərini yerində görüb, həmçinin mühüm məlumatlar əldə edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Polemik Medya”nın İdarə Heyətinin sədri Hakan Kılıç söyləyib.
O bildirib ki, Türkiyə və Azərbaycan mediası arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bundan da önəmlisi hər iki dövlətin Cənubi Qafqazda və Türk dünyasında ortaq maraqlar və strateji hədəflər əsasında uğurlu əməkdaşlıq həyata keçirməsidir.
"Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasında zəngin siyasi təcrübəsi ilə mühüm rol oynayır. Türkiyə və Azərbaycanın müstəqil dövlətlər kimi strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi iki ölkənin əməkdaşlığını daha da gücləndirir.
Türkiyə və Azərbaycan mediası ikitərəfli münasibətlərə xələl gətirməyə çalışan dezinformasiya cəhdlərinə qarşı son dərəcə həssas olmalıdır. Regionun iki aparıcı dövləti olan Azərbaycan və Türkiyəyə qarşı media vasitəsilə manipulyasiya aparmağa çalışan qüvvələr mövcuddur. Buna görə də iki ölkənin informasiya mübadiləsi və rəsmi məlumatlandırma mexanizmləri daim gücləndirilməlidir.
Manipulyasiyalara qarşı həm Azərbaycan, həm də Türkiyə mediası son dərəcə diqqətli olmalıdır. Biz nə qardaşlığımıza, nə də regiondakı ortaq maraqlarımıza zərər gəlməsinə imkan verməməliyik", – deyə H. Kılıç vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Avqust 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















