Hansı ölkələrdə insanlar xəbərlərə daha çox inanır? ABŞ və Türkiyə aşağı sıralarda
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Reuters” Jurnalistika Araşdırmaları İnstitutunun 2026-cı il “Rəqəmsal Xəbər Hesabatı”na əsasən, Keniya və Nigeriya xəbərlərə inam göstəricisinə görə dünya reytinqində liderdir.
Yeniavaz.com xəbər verir ki, araşdırmaya görə, hər iki ölkədə respondentlərin 68%-i əksər vaxt xəbərlərə etibar etdiklərini bildiriblər.
Sorğu 48 ölkədə təxminən 100 min nəfər arasında 2026-cı ilin yanvar-fevral aylarında keçirilib.
Avropada ən yüksək göstərici Finlandiyada qeydə alınıb. Finlandiyada respondentlərin 63%-i xəbərlərə güvəndiyini bildirib. Danimarka, Norveç və İsveç də ilk 10-luqda yer alıb.
ABŞ isə inkişaf etmiş ölkələr arasında aşağı göstəricilərdən birinə sahibdir. Amerikalı respondentlərin yalnız 25%-i xəbərlərə çox vaxt etibar etdiyini bildirib. Bu göstərici Tayvan və Kolumbiya ilə eynidir.
Türkiyə də reytinqdə aşağı sıralarda qərarlaşıb. Ölkədə respondentlərin 28%-i əksər xəbərlərə etibar etdiyini bildirib. Türkiyə 48 ölkə arasında 38-ci yerdə qərarlaşıb.
Araşdırmada Böyük Britaniyada xəbərlərə inamın son on ildə G7 ölkələri arasında ən böyük azalma göstərdiyi qeyd olunur. 2016-cı ildə 50% olan göstərici 2026-cı ildə 30%-ə enib.
Mütəxəssislər qlobal miqyasda xəbərlərə inamın azalmasını media qütbləşməsi, dezinformasiyanın yayılması və mətbuat azadlığı ilə bağlı problemlərlə əlaqələndirirlər. Eyni zamanda, bəzi ölkələrdə ictimai medianın etibarlılığı və xəbər mənbələrinə bağlılıq daha yüksək olaraq qalır.
Xəbərlərə etimad göstəricisinə görə 48 ölkənin siyahısı belədir:
Keniya – 68%
Nigeriya – 68%
Finlandiya – 63%
Danimarka – 55%
Norveç – 53%
Honkonq – 52%
İsveç – 52%
Portuqaliya – 51%
Cənubi Afrika – 50%
Hollandiya – 49%
Tayland – 47%
Almaniya – 46%
Sinqapur – 46%
Avstraliya – 43%
İrlandiya – 42%
İsveçrə – 42%
Yaponiya – 41%
Avstriya – 39%
Belçika – 39%
Hindistan – 39%
Polşa – 39%
Kanada – 37%
Braziliya – 36%
Çili – 34%
İspaniya – 33%
İndoneziya – 32%
İtaliya – 32%
Peru – 32%
Çexiya – 31%
Meksika – 31%
Malayziya – 30%
Cənubi Koreya – 30%
Böyük Britaniya – 30%
Xorvatiya – 29%
Fransa – 29%
Mərakeş – 28%
Filippinlər – 28%
Türkiyə – 28%
Argentina – 26%
Kolumbiya – 25%
Tayvan – 25%
ABŞ – 25%
Rumıniya – 23%
Serbiya – 22%
Bolqarıstan – 21%
Slovakiya – 19%
Yunanıstan – 18%
Macarıstan – 17%
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? ARAŞDIRMA
02 İyul 2025 14:52
Bu ölkələrdə insanlar istidən daha çox ÖLƏCƏK
22 Mart 2026 12:39
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə ARAŞDIRMA
19 İyul 2025 17:06
ABŞ nin hansı ölkələrdə hərbi bazaları mövcuddur? Aralarında Türkiyə də var
03 Mart 2026 15:41
Ən çox xəyanət bu ölkələrdə olur: Türkiyə neçəncidir?
23 Yanvar 2025 05:05
Baxış sayı:124
Bu xəbər 09 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















