Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bəniz ləqəbli tiktokerə hökm oxunub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.
Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Avqust 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















