Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Hərbçilərlə bağlı gözlənilməz təklif: “Qalib ordunun hərbçilərinə belə yanaşmaq olmaz”

Hərbçilərlə bağlı gözlənilməz təklif: “Qalib ordunun hərbçilərinə belə yanaşmaq olmaz”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Hərbi qulluqçuların hərbi hissəni özbaşına tərk etməsinə və üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməməsinə görə yeni cərimələrin müəyyənləşdirilməsi təklif olunur. Dəyişikliyə əsasən, belə hallara görə 200-300 manat cərimə və ya inzibati həbs tətbiq edilə bilər. Eyni əməlin təkrar törədilməsi halında isə cərimənin 500 manatadək artırılması nəzərdə tutulur.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan hərbi ekspert Üzeyir Cəfərov təklifi tənqid edib. O, hərbi intizamın cərimələrlə möhkəmləndirilməsini absurd adlandırıb və bu təşəbbüsün arxasında hərbi xidmətdən anlayışı olmayan şəxslərin dayandığını bildirib.

Ekspertin sözlərinə görə, hərbi qulluqçuların fəaliyyəti onsuz da hərbi intizam nizamnaməsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: Dördpendirli pizza

“Əvvəla, hərbi hissəni özbaşına tərk etmək başqa məsələdir, üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməmək başqa. Bunlara görə cərimə tətbiq etmək nə dərəcədə məntiqlidir? Hərbi xidmət nədir, cərimə nədir? Hərbi qulluqçu Vətənə sədaqətlə xidmət edəcəyinə and içir. Onun bütün fəaliyyəti müvafiq qanunvericiliklə tənzimlənir.

Mən hörmətli millət vəkillərinə bir sual ünvanlamaq istəyirəm. Tutaq ki, sərhəddə yerləşən hərbi hissələrdən birində döyüş hazırlığı vəziyyəti elan olunub. Mən komandirə zəng edib deyirəm ki, gələ bilmirəm, sabah gələcəyəm, cəriməmi də ödəyəcəyəm. Bu, artıq absurdluğun kvadratıdır, yoxsa kubu, bilmirəm”.

Ü.Cəfərov hesab edir ki, cərimə hərbi intizamı gücləndirmək üçün effektiv vasitə deyil. Onun fikrincə, maddi imkanı olan hərbçi dəfələrlə qaydanı poza və cəriməni ödəməklə məsuliyyətdən yayınmağa çalışa bilər.

“Adam var, 3 min manat maaş alır. Onun imkanı olacaq ki, beş dəfə qaydanı pozsun və cəriməsini ödəsin. Hərbi hissəni özbaşına tərk etməyə görə cərimə tətbiq etmək nə deməkdir? Hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edə bilməz. Əgər bunu edirsə, burada artıq Cinayət Məcəlləsi ilə nəzərdə tutulan məsuliyyət məsələsi gündəmə gəlməlidir. Yəni hərbçi düşünməməlidir ki, hissəni tərk edər, sabah da cəriməsini ödəyər”, - deyə ekspert vurğulayıb.

Hərbi ekspert əlavə edib ki, bu cür təşəbbüslər hərbi sahədə daha ciddi problemlərin həllinə mane olur. O, Milli Məclisin aidiyyəti komitələrini alternativ hərbi xidmət haqqında qanunun qəbuluna və hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına diqqət ayırmağa çağırıb.

“Dünyada analoqu olmayan məsələlərlə qarşılaşırıq. Hərbi geyimin qanunsuz daşınmasına görə cərimələr tətbiq edilmişdi. Bəs həmin cərimələrdən nə qədər vəsait toplandı? Bu pul hara yönəldildi? Milli Məclisin komitə üzvləri bu suala cavab verə bilərlərmi? Eyni vəziyyət indi də təkrarlana bilər.

Mən təklif edərdim ki, ciddi işlərlə məşğul olsunlar, alternativ xidmət haqqında qanunu qəbul etsinlər, hərbi qulluqçuların maddi rifahının yüksəldilməsi üçün əsaslı təkliflər irəli sürsünlər. Cərimə və inzibati həbslə hərbi intizamı gücləndirmək mümkün deyil. Qalib ordunun hərbçilərinə elə yanaşırlar ki, sanki onlar yolda qayda pozan sürücülərdir.

Ümumiyyətlə, bu cərimə mövzusunu gündəmə gətirən şəxsin hərbidən anlayışı yoxdur. Təəssüflənirəm ki, baş verənləri generallarımız və aidiyyəti rəhbərlərimiz də görür, amma buna etirazlarını bildirmirlər. Halbuki bu məsələyə etiraz edilməlidir”, - deyə Ü.Cəfərov fikrini yekunlaşdırıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri