Heydər Əliyevin iqtisadi strategiyası: Müstəqilliyin dayağı (ŞƏRH)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Heydər Əliyevin milli inkişaf strategiyasında iqtisadi müstəqillik xüsusi əhəmiyyət daşıyırdı. Çünki onun yanaşmasına görə, siyasi müstəqilliyin dayanıqlı olması, dövlətin milli maraqlarını qətiyyətlə müdafiə edə bilməsi və gələcək inkişafını müstəqil şəkildə müəyyənləşdirməsi üçün ilk növbədə güclü iqtisadi baza formalaşdırılmalıdır. Məhz buna görə də ölkənin iqtisadi potensialının artırılması, təbii sərvətlərdən səmərəli istifadə, xarici investisiyaların cəlb edilməsi və Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdi".
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Millət vəkili bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” də bu strategiyanın mühüm nəticələrindən biri idi:

"Bu saziş Azərbaycanın enerji potensialından ölkənin milli maraqları naminə istifadə etməsinə, xarici investisiyaların cəlbinə və iqtisadi imkanların genişləndirilməsinə ciddi zəmin yaratdı. Bununla yanaşı, iqtisadiyyatın yalnız enerji sektorundan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iqtisadi imkanların yaradılması istiqamətində də mühüm proseslərin əsası qoyuldu".
Arzuxan Əlizadə qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, enerji və nəqliyyat layihələrində fəal iştirakı, müxtəlif ölkələrlə iqtisadi əlaqələrinin şaxələndirilməsi həmin strategiyanın davamı kimi qiymətləndirilə bilər:
"İqtisadi cəhətdən güclü və müstəqil dövlət öz milli maraqlarını daha inamla müdafiə etmək, beynəlxalq münasibətlərdə daha fəal mövqe tutmaq və qarşısına qoyduğu uzunmüddətli hədəfləri reallaşdırmaq imkanına malik olur. Bu baxımdan Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf xətti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin əsas dayaqlarından biri olub"
Qeyd edək ki, 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















