Icma.az
close
up
RU
Hulusi Kılıçdan Azərbaycana qarşı kampaniyaya etiraz: Türk kimliyi şübhə doğuran...

Hulusi Kılıçdan Azərbaycana qarşı kampaniyaya etiraz: Türk kimliyi şübhə doğuran...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç sosial şəbəkələrdə Azərbaycanla bağlı bəzi ədalətsiz tənqidlərə və aparılan kampaniyaya sərt reaksiya göstərib.

“Cebheinfo.az” xəbər verir ki, Hulusi Kılıçın sosial şəbəkə hesabında yazıb:

"Kimə xidmət edirsiniz?

Can Azərbaycanımıza və Prezident İlham Əliyevə qarşı yönəlmiş məsuliyyətsiz, ədalətsiz və məlumatsız hücumları qətiyyətlə pisləyirəm.

İki dövlət arasında soyuqluq yaratmağın kimə xidmət olduğunu bilirsinizmi? İlk növbədə bunu yadda saxlayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və ya xarici siyasətinə qarışmaq heç kimin haqqı və ya həddi deyil.

İstər bəyənin, istər bəyənməyin – susun və yerinizdə oturun.

Biz bir ailəyik. Azərbaycana hücum ailəyə edilən hücumdur.

Lütfən, yazdıqlarımı diqqətlə oxuyun:

– Azərbaycan Türkiyədəki nəhəng investisiyaları ilə milyonlarla Türkiyə vətəndaşını işlə təmin edir;

– Türkiyədə hər hansı yanğın və ya təbii fəlakət baş verdikdə, Azərbaycan hadisə yerinə ilk çatan və oradan ən son ayrılan tərəf olmuşdur;

6 fevral zəlzələlərindən dərhal sonra bölgəyə ilk çatan, ən uzun müddət qalan, ən çox yardım göstərən və Qəhrəmanmaraşda yüzlərlə ev və iş yeri inşa edən məhz Azərbaycan oldu;

– Cənab Prezident Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və gücləndirilməsi istiqamətində xüsusi səylər göstərir. O, 3 oktyabr 2009-cu ildə Naxçıvan Zirvə Görüşünə ev sahibliyi etməklə, TDT-nin təməli sayılan Türk Şurasının yaradılmasında həlledici rol oynayıb".

O qedy edib ki, həmin dövrdə Bakıda səfir kimi fəaliyyət göstərdiyi üçün cənab İlham Əliyevin xidmət və fədakarlığının şəxsən şahidi olub:

"Cənab Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının (ŞKTR) tanınması üçün əlindən gələni edir. O, ŞKTR Prezidenti Ərsin Tatarı Azərbaycana səfəri zamanı yüksək dövlət başçısı protokolu ilə qarşılamışdı.

-Hörmətli Əliyev ŞKTR-in TDT-yə müşahidəçi üzv kimi qəbul edilməsi üçün yorulmadan çalışıb.

-Hörmətli Prezident Əliyev Azərbaycan və ŞKTR parlamentləri arasında dostluq qrupunun yaradılması barədə göstəriş verib.

-Parlamentlərarası dostluq qrupu 2025-ci ildə fəaliyyətə başlayıb.

Sizdən soruşuram: ŞKTR-ə bu dərəcədə yaxın dost və qardaş hesab etdiyiniz başqa bir ölkə varmı?

Bundan əlavə, Prezident Əliyev ötən il ADA Universitetində keçirilən və mənim də iştirak etdiyim beynəlxalq konfransda bir suala cavab olaraq dediyi kimi, 2024-cü ildə gərgin olan Türkiyə-İsrail münasibətlərinin yumşalması üçün BMT Baş Assambleyası çərçivəsində Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Nyu Yorkdakı Türk Evinə gəlməsində mühüm rol oynadı.

-Azərbaycan-İsrail münasibətləri siyasi və strateji əməkdaşlığa əsaslanır. İsrail Azərbaycana ən qabaqcıl və müasir silahlarını verdi, o silahlar İkinci Qarabağ savaşında istifadə olundu. Ermənistanın müraciətlərinə baxmayaraq, İsrail həmin silahları Ermənistana vermədi;

– Qarabağ müharibəsi dövründə ABŞ-dakı yəhudilər erməni lobbisini susdurdu;

– İsrail Avropa və ABŞ-da hər zaman Azərbaycanı dəstəkləyib".

Sabiq səfir Azərbaycan-Fələstin münasibətlərinə nəzər salıb: 

"– Azərbaycan 1992-ci ildə Fələstin Dövlətini tanıyıb;

– Fələstinin Bakıdakı səfirliyi 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə açılıb; səfirliyin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən qarşılanmaqdadır;

– Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir;

– 2023-cü ildə Ramallahda Azərbaycanın Nümayəndəliyi açılıb;

– Azərbaycan Qəzzadakı soyqırım məsələsində səssiz qalmayıb və BMT-dəki səsvermələrdə Fələstinin lehinə səs verib;

– Azərbaycan Qəzzaya humanitar yardım göstərib və təhsil almaları üçün 14 qəzzalı tələbəni Azərbaycana gətirib.

İstəyirəm ki, hər kəs bunu bilsin: Azərbaycan ərazilərinin işğal altında olduğu 30 illik dövr ərzində Fələstin dövləti həmişə Ermənistanın tərəfində olub".

H.Kılıç çağırış edib:

"Hər kəs özünə gəlməli və məsuliyyətini dərk etməlidir.

Bir ağaca baxarkən meşəni görməzlikdən gəlmək olmaz. Heç kim bizi sevməyənlərin dəyirmanına su tökməsin.

Müstəqil və suveren Can Azərbaycanın daxili işlərinə və ya onun digər ölkələrlə qurduğu münasibətlərə qarışmaq heç kimin haqqı və ya həddi deyil.

Vacib məqa budur. Dəyərli, can azərbaycanlı qardaş və bacılarım, həddini və hüdudunu bilməyən, məsuliyyətsiz və cahilcəsinə hərəkət edən, türk kimliyi şübhə doğuran, qardaşlığımıza zərər vurmağa çalışan və açıq-aşkar bizə aid olmayan şəxsləri ciddiyə almayın və onların səviyyəsinə enməyin".

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri