İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlər müzakirə edilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün Maliyyə Nazirliyində, qurum yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini Pərvin Manafov dövlət borcu üzrə şəffaflığın təmin edilməsi, Agentliyin bu sahədə gördüyü işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, Agentlik dövlət borcuna dair rüblük əsasda Hesabat, yarımillik əsasda Statistik Bülleten tərtib edir və bu məlumatlar Maliyyə Nazirliyinin internet səhifəsində dərc olunur.
İclasda "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi" sənədində nəzərdə tutulan strateji məqsədlərə tam nail olunduğu qeyd olunub. Ölkədə icra edilən və gələcəkdə planlaşdırılan layihələrin maliyyələşdirilməsi məqsədilə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası barədə məlumat verilib.
Bundan başqa, dövlət vəsaitlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə Maliyyə Nazirliyinin keçirdiyi depozit hərracları, həmçinin daxili maliyyə bazarında emissiya olunan dövlət istiqrazları barədə məlumat İctimai şura üzvlərinin diqqətinə çatdırılıb.
Eyni zamanda, Azərbaycanın suveren kredit reytinqində son dövrdə müşahidə olunan müsbət dəyişikliklər, bu istiqamətdə görülən işlər və beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq barədə məlumat verilib. Həmçinin, növbəti dövr üzrə yenilənəcək Borc Strategiyası çərçivəsində nəzərdə tutulan prioritet tədbirlərin icrası üzrə qarşıda duran vəzifələr və görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin fikirləri dinlənilib, dövlət borcunun idarə edilməsi istiqamətində tədbirlərin Strategiyaya uyğun həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 03 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















