Icma.az
close
up
RU
İdxal olunmuş radikallıq məqsəd məqsədləri susdurmaq olmamalıdır

İdxal olunmuş radikallıq məqsəd məqsədləri susdurmaq olmamalıdır

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ölkədə dini etiqad həmişə olub. Hətta sovet -bolşevik hakimiyyətinin ilk 25 ilində mövhumat və xurafatla mübarizə adı altında dindarların təqib olunduğu, ruhanilərin repressiya edildiyi, məscidlərin bağlandığı dövrdə də möminlər dini ayinləri icra ediblər.

Ancaq sonrakı illərdə hakimiyyət orqanlarının dini ayinlərin icra edilməsinə münasibəti xeyli yumşaldıqda belə bu ölkədə dini fanatizmə, radikal islam cərəyanlarına yer olmayıb, sünni-şiə ayrımçılığı, demək olar ki, sıfırlanıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə dinə meyl açıq şəkil aldı, cəmiyyətdə dindarlara hörmət artdı, hətta onlar ciddi etimad yiyəsi oldular. “Filankəs ağzıdualı adamdır, ona güvənmək olar”, “Kişi Hacı adamdır, yalan deməz” kimi çoxişlək ifadələr meydana gəldi.

Amma bu işlər belə davam etmədi. Tezliklə qonşu ölkələrdən məmləkətə radikal islamçı cərəyanlar, təriqətçi qruplar sirayət etdi. Onlar güclü təbliğat və pul-para sayəsində burada şəbəkələr qurdular, tərəfdarlar topladılar. Biz bir də onda gördük ki, radikal şiələrlə radikal sələfilər bir-birilə amansız mübarizə aparırlar və xalq arada qalıb. Bəzi məscidlərin Suriyaya, İraqa döyüşçü göndərən hərbi komissarlıqlara, bəzilərinin siyasi partiya qərargahına döndüyünü də gördük.

Sonradan hakimiyyət orqanları onların, eləcə də “Yəhova şahidləri”nin, krişnaçıların, digər “gəlmə din-məzhəbçi”lərin əl-ayağını yığışdırdı. Fəqət onların ölkəmizə gətirdiyi dini radikalizm qalmaqdadır. İndi onlar sosial şəbəkələrdə qırışırlar. Bu saat sosial şəbəkələr, xüsusilə də Feysbukun milli seqmenti dini sekta üzv və tərəfdarlarının əsas mübarizə poliqonuna çevrilib. Heç bir mövzu adi dini mövzu qədər müzakirə və mübahisə doğurmur.

Qəbələdə “Çevik” təxəllüslü ateist Məqsəd Bağırovun iki dindar tərəfindən döyülməsi məhz dini radikalizm müstəvisində baş verib. Adamı evindən çağırıb kafeyə gətiriblər, çox da uzun mübahisəyə girişmədən döyüblər. Biri fiziki təzyiqi birbaşa göstərib, o biri isə zərərçəkənlə tanışlığından istifadə edərək onu “cəzaçəkmə yeri”nə gətirib. Cəfakeşin vəkilinin yazdığına görə, ortada fiziki xəsarətlə yanaşı, ölümlə hədələmə (“bunu aparın, yoxsa doğrayacağam”) faktı da var və bu, məsələnin şəklini dəyişir.

Bu, əlbəttə, hüquq-mühafizə orqanlarının ayırd edəcəyi, qiymət verəcəyi işdir.

Məqsəd Bağırovun dini mövzuda paylaşdığı videolarda, düzünə qalsa, elə bir dəhşətli şey yoxdur. Adi həqiqətlər və iddialardır və bunu böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundzadədən ta günümüzə qədər əksər maarifçi ədiblərimiz deyiblər, yazıblar. Məqsəd özündən mülahizə uydurmayıb, indiyədək deyilənləri təkrar edib.

Radikal dindarların yanlışı ondadır ki, belə mülahizələrə qarşı sözlə, arqumentlə cavab vermir, verə bilmir, söz deyəni zorla susdurmağa, qorxutmağa, cəzalandırmağa çalışırlar. Yazıçı Rafiq Tağının qətlə yetirilməsi bu düşüncə tərzindən doğmuşdu. Deputat Fazil Mustafanın baş tutmayan qətlinin halal buyrulması da rəqibin terror yolu ilə susdurulmasına cəhd vaqiəsi idi.

Bu xüsusda başqa nümunələr də var: yazıçı Salman Rüşdinin barəsində ölüm fətvası verilməsi və onun 40 il boyunca təqib edilməsi, Fransada karikatura dərc edən jurnal redaksiyasında qətliam törədilməsi, İsveçdə Quranı yandıran avantüristin qətli və sair və ilaxır.

Halbuki islama qarşı yönəlmiş hücumlara (tənqid və təhqir olmasından asılı olmayaraq) daha dözümlü, təmkinli reaksiya göstərmək hücumçuların tərksilah edilməsinin yarısı deməkdir. Avropa dövlətlərində fəaliyyət göstərən bəzi radikal islamofoblar əslində qəsdən islamçıları təxribata çəkir, onları radikal hərəkətlərə sövq edir və bütün dünyaya islamın sərt üzünü göstərərək məqsədlərinə çatırlar.

Müsəlman ölkələrinin rəhbərləri, dini təşkilatların liderləri nümunə göstərərək belə hallarda təmkin nümayiş etdirsələr, ortalığı qarışdırmağa çalışan islamofob qüvvələri öz baş tutmayan təxribatları ilə baş-başa buraxsalar, daha effektiv nəticəyə nail olarlar. Yoxsa biri bir söz deyən kimi haray-həşir qopur, mütləq bir radikal fətva verilir, ortaya onu icra etməyə çalışan fanatiklər çıxır, aləm bir-birinə qarışır.

Qəbələdə baş verən hadisə çox da dəhşətli bir şey deyil. Bundan daha dəhşətlisi yüzlərlə, bəlkə də minlərlə dindarın sosial şəbəkədə belə statuslar və şərhlər yazmasıdır: “Ona bu da azdır”; “Hələ az döyüblər, gərək canını alaydılar”; “Belə mürtədlərin kökü kəsilməlidir”; “Dini təhqir edəndə bilmirdi ki, cəzasını verəcəklər?” və s.

Hələ ortalıqda Məqsədə və digər ateistlərə ünvanlanmış yüzlərlə təhqiramiz ifadələr, açıq söyüşlər var. Elə buradanca aydın olur ki, onlar etiqad etdikləri dinin fəlsəfəsini və tələblərini anlamırlar. Əsl müsəlman mötədil, ağzıtəmiz olmalıdır, söyüşlə danışmamalıdır, radikal hərəkət və ifadələrdən çəkinməlidir.

Yoxsa islam nəinki dünyada, heç müsəlman ölkələrində də sevimli olmayacaq, insanları cəlb etməyəcək. Anlamaq lazımdır ki, dinin işğal, qılınc gücünə yayıldığı dövrlər keçmişdə qalıb, artıq heç pul-paranın da bu işə gücü yetmir. İndi onu yalnız xoş məramla, humanist üzü ilə, siyasətə alət etmədən, qəlblərə sirayət edərək yaşatmaq olar.//Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see387

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see254

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see249

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see246

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see222

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see217

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see214

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see212

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see206

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see205

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see204

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see203

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see200

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see198

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see196

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see196

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see196

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see178

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri