İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olunub
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə deyib.
S. Qafarova çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından danışaraq, bu çərçivədə 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb.
O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib.
Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Sentyabr 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















