İnəklər arasında süni mayalanma üsulunu kəşf etmiş azərbaycanlı alim
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İlk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş şəxs azərbaycanlı alim, biologiya elmləri doktoru, professor Nəriman Əhmədov olub.
Newscenter.az xatırladır ki, o, 1931-ci il, oktyabrın 20-də Qazax rayonunun Fərəhli kəndində anadan olub.
Nəriman Əhmədov 1938–1945-ci illərdə Fərəhli kənd natamam orta məktəbində təhsil alıb. 1945-ci ildə Qazax kənd təsərrüfatı texnikumuna daxil olub və 1948-ci ilə buranı bitirib. Həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsində təhsilini davam etdirib.
1953-cü ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə göndərilib. Burada heyvanların müqayisəli morfologiyası laboratoriyasında zootexnik, kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışıb.
1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Nəriman Əhmədov ilk dəfə inəklərin arasında süni mayalanma üsulunu da kəşf edib. Bu ekspermentlər Azərbaycanda geniş yayılıb.
O, 160-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, bir kitab və iki ixtiranın müəllifidir.
Nəriman Əhmıdov 2003-cü il yanvarın 8-də Bakı şəhərində vəfat edib.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Yapon alimləri ifliclə mübarizə üsulunu kəşf ediblər
02 Aprel 2025 18:24
Alimlər stresslə mübarizənin sadə üsulunu kəşf ediblər
24 Mart 2025 12:38
Sonsuzluğun proqnozlaşdırılması üsulunu tapıblar...
08 İyul 2025 20:03
İsveçrədə inəklər üçün xüsusi tualet sistemi
23 İyun 2025 04:03
İnəklər 91 yaşlı qadını tapdalayıb öldürdü
11 İyun 2025 15:50
Baxış sayı:88
Bu xəbər 20 Oktyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















