İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 6 avqust, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinonun yenidən bu vəzifəyə seçilməsi üçün verdiyi dəstəyi rəsmi şəkildə geri götürüb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, qərar İnfantinonun dünya çempionatının kommersiyalaşdırılması ilə bağlı böyük tənqidlərə səbəb olan planını ləğv etməsinə və bununla əlaqədar üzrxahlıq məktubu göndərməsinə baxmayaraq dəyişməyib.
Məlumata görə, İnfantino avqustun 5-də FIFA rəhbərliyi ilə keçirilən böhran iclasından sonra yaydığı məktubda mübahisəli təşəbbüsə görə üzr istəyib. FIFA-nın yüksəkvəzifəli rəsmiləri ona tam dəstəklərini bir daha ifadə ediblər. Bununla belə, İngiltərə Futbol Assosiasiyası həftənin əvvəlindən planlaşdırdığı qərardan geri çəkilməyərək İnfantinonun namizədliyi üçün verdiyi dəstəyi rəsmi məktubla geri götürüb.
Daha əvvəl Uels Futbol Assosiasiyası İnfantinoya dəstəyini geri çəkən ilk milli assosiasiya olmuşdu. Sonradan Serbiya, İsveç və Finlandiya da eyni addımı ataraq bu təşəbbüsə qoşulub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















