İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 6 avqust, AZƏRTAC
İngiltərənin şimalında baş verən elektrik enerjisi nasazlığı dəmir yolu şəbəkəsində ciddi fasilələrə səbəb olub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, nəticədə minlərlə sərnişin axşam pik saatlarında uzun gecikmələr və qatarların ləğvi ilə üzləşib. Nasazlıq Mançesterin Ardvik rayonunda baş verib və bu, Mançester Dəmir Yolu İdarəetmə Mərkəzinin fəaliyyətinə təsir göstərib. Həmin mərkəz dəmir yolunda siqnallaşdırma sistemi də daxil olmaqla, qatarların təhlükəsiz hərəkətini idarə edən əsas nəzarət məntəqəsidir. Məlumata görə, ehtiyat enerji təchizatının işə düşməsində gecikmə yaranıb və bu da nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olub.
Nasazlıqdan təsirlənən operatorlar arasında “Avanti West Coast”, “East Midlands Railway”, “Northern” və “TransPennine Express” yer alır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 06 Avqust 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















