İPL: Ayın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, sözügedən çempionatın rəsmi "X" hesabı bu ada aralarından birinin layiq görüləcəyi 8 futbolçunun siyahısını təqdim edib.
Namizədlər 7 klubun - "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Brentford", "Hall Siti" və "Nyukasl"ın üzvüdür:
Namizədlərin tam siyahısı:
- Rikkardo Kalafiori (Arsenal) – 2 məhsuldar ötürmə.
- Rayan Şerki (Mançester Siti) – 2 qol və 2 məhsuldar ötürmə.
- Brunu Fernandeş (Mançester Yunayted) – 3 qol və 1 məhsuldar ötürmə.
- Koul Palmer (Çelsi) – 2 qol və 1 məhsuldar ötürmə.
- Joao Pedro (Çelsi) – 2 qol və 2 məhsuldar ötürmə.
- Mamadu Sanqare (Brentford) – 1 məhsuldar ötürmə.
- Konstantinos Tsolakis (Hall Siti).
- İoan Vissa (Nyukasl) – 1 qol və 1 məhsuldar ötürmə.
Qalib səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək. Avqust ayı üçün Premyer Liqanın ən yaxşı futbolçusunun adı 11 sentyabrda açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Sentyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















