İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qahirə, 4 oktyabr, AZƏRTAC
İranın xarici işlər naziri Abbas Əraqçi müharibə və sanksiyaların nəticə verməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Əraqçi bu gün verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının “müdriklik və məntiq yolu” ilə hərəkət edəcəyinə ümidini ifadə edib. O, Vaşinqtonun hərbi əməliyyatlarına qarşı İranın hazır olduğunu bildirib.
Nazir əlavə edib ki, İran hər hansı hərbi hücuma daha dağıdıcı cavab verməyə hazırdır.
Bununla yanaşı, Əraqçi Tehranın diplomatik yollarla ədalətli həllə nail olmaq istədiyini deyib. Onun sözlərinə görə, İran həm diplomatik həll yollarının tapılmasında, həm də özünü müdafiə etməkdə ciddi əzm göstərir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:95
Bu xəbər 04 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















