İranlı deputat: NATO nun Ukraynaya dəstəyinə baxmayaraq, Rusiyanın qalib gəlmək imkanları var
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, NATO Ukraynaya indiyədək misli görünməmiş həcmdə dəstək göstərsə də, bu, Rusiyanın hərbi imkanlarını zəiflətməyib. "NATO bütün potensialını Ukraynaya yönəldib. Lakin buna baxmayaraq, Rusiya onların hamısını məğlub edəcək hərbi gücə malikdir", – deyə iranlı deputat bildirib.
Borucerdi açıqlamasında həmçinin Rusiya ilə İran arasında münasibətlərə toxunmasa da, onun bəyanatı Tehranın son illərdə Moskva ilə sıx əməkdaşlıq fonunda səsləndirdiyi dəstək xarakterli mövqelərin davamı kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda NATO ölkələri Kiyevə milyardlarla dollar dəyərində hərbi, maliyyə və humanitar yardım göstərir. Moskva isə Qərbin bu dəstəyinin münaqişəni uzatdığını iddia edir. Ukrayna və NATO isə həmin yardımın ölkənin müdafiə qabiliyyətinin qorunması üçün zəruri olduğunu bildirirlər.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 09 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















